10 yaşını qeyd edən “Nar” sadiq abunəçilərini hədiyyələrlə sevindirdi
Özünün 10 yaşını qeyd edən “Nar” abunəçilərini sevindirməyə davam edir. Mobil operator bu 10 il ərzində onunla bərabər olmuş ən sadiq abunəçilərinə 200 şəbəkədaxili dəqiqə və 1 GB internet trafiki hədiyyə edib.
10 illik münasibətilə mobil operator yeni “Dostunu “Nar”-a gətir” kampaniyasına start verib. Kampaniya çərçivəsində dostları və ya yaxınlarını “Nar” ailəsinə gətirmiş hər bir istifadəçiyə balans üçün “mobil pul” qazanmaq imkanı yaradılır. Beləliklə, dostuna “Nar” ailəsinə qoşulmağı tövsiyə etmiş hər bir abunəçinin balansına 5 ay müddətində hər dəfə dostunun öz balansını artırdığı məbləğdə pul yüklənir.
Bu gün 10 yaşı tamam olan “Nar” 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə kommersiya fəaliyyətinə başlamış və qısa bir müddətdə Azərbaycanda telekommunikasiya sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. 2015-ci ildə Azərbaycanın tarixi irsi və ənənələrini əldə rəhbər tutaraq seçilmiş “Nar” ticarət nişanı ölkənin zəngin mədəni irsinin çağdaş həyatla bağlılığını simvolizə edir. Nar hər bir kəsin faydalana biləcəyi istisna dəyər – gerçək bir milli rəmzdir. Təklif etdiyimiz xidmət çeşidlərinin ticarət nişanımızda tam olaraq öz əksini tapması üçün “mobile” ifadəsindən imtina etdik. Bu gün mobil rabitə xidmətləri ilə yanaşı, eyni zamanda sabit internet və rəqəmsal TV xidmətlərini də təklif edirik.
"İnanırıq ki, bu gün Azərbaycanda rabitə xidmətlərindən lazımi səviyyədə yararlana bilməyən böyük bir istifadəçi kütləsi vardır. Bu qrupa daxil olan insanlar əlverişli qiymətlərlə rabitə xidmətlərindən faydalanmaq istəyirlər. Bizim bütün təkliflərimiz bir məqsədə xidmət edir: telekommunikasiya və əyləncə xidmətləri hamını əhatə etməlidir. Biz fərqli ehtiyacları qarşılayan müxtəlif səpkili sadə və sərfəli təkliflərlə çıxış etməyə davam edəcəyik. Bura həm mobil rabitə və mobil internet, həm də ev üçün sürətli fiber-optik internet və yüksəkkeyfiyyətli TV xidmətləri daxildir. Ən yaxşı qiymət-keyfiyyət nisbətini nəzərə alaraq, bütün bu xidmətləri bir paketdə almaq daha əlverişlidir",- Operatorun məlumatında deyilir.
“Nar”-ın kampaniya, məhsul və layihələri haqqında nar.az internet səhifəsindən ətraflı məlumat almaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)


.jpg)


