“Fortis Broker”in işçisi ilə bağlı material Korrupsiya İdarəsinə göndərilib - 300 MANATA GÖRƏ
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, fərdi sahibkarlıq fəaliyyətilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı Rzayev Rəhim Əli oğlu 27 aprel 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşı ona məxsus yüklərin rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verir. Lakin özünü gömrük brokeri kimi təqdim edən Əli adlı şəxs ona zəng edərək 300 manat pul qarşılığında gömrük əməkdaşının vasitəçiliyi ilə həmin yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yarada bilər.
Ərizəçinin müraciəti əsasında Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları təxirə salınmadan əməliyyat tədbiri keçirib. Bu zaman Rəhim Rzayevin Əli adlı şəxsə nağd şəkildə verdiyi A75938841, B06792666, C44667176 seriya nömrəli, hər biri 100-lük əsginaslardan ibarət 300 manat məbləğində pul “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyən Əli Nəsibovdan aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, Nəsibov Əli Adil oğlunun fərdi sahibkarla heç bir mülki hüquqi müqavilə, eləcə də etibarnamə olmadan qanunsuz yolla aldığı 300 manat pul “yük gömrük xidmətləri” göstərilməsi adı altında “Fortis Broker” MMC-nin möhürüylə təsdiq edilən 853143 nömrəli mədaxil qəbzi ilə pərdələnib.
Bununla belə, faktla bağlı araşdırma aparılıb və müvafiq şəxslərin izahatı alınıb.
Özünü gömrük brokeri kimi təqdim edən Əli Nəsibovun izahatı alınarkən müəyyən edilib ki, o, orta təhsilli olmasına baxmayaraq, ali və ya ixtisas təhsili olmadan “Fortis Broker” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunub. Bu sahədə gömrük qanunvericiliyinin tələblərini yetərincə mənimsəməsə də, gömrük təmsilçisi kimi fəaliyyət göstərməyə səlahiyyəti olmasa da gömrük borkeri kimi çalışıb və ayrı-ayrı vətəndaşlara məxsus yüklərin gömrük orqanlarından çıxarılması üçün vasitəçilik fəaliyyəti ilə məşğul olub.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsasən, gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir. Məcəllənin 21-ci maddəsinə əsasən, gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir.
Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən, gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.
Lakin Əli Nəsibov ilə fərdi sahibkar arasında belə bir müqavilə bağlanmayıb, onun mənafeyi, habelə birbaşa və ya dolayı təmsilçilik fəaliyyəti göstərməsi barədə gömrük orqanına məlumat verilməyib, müvafiq təsdiqedici sənədlər təqdim edilməyib.
İzahatı alınan gömrük əməkdaşı isə ərizəçinin 300 manat pul qarşılığında onun vasitəçiliyi ilə vətəndaşa məxsus yüklərin sayılmadan və çeşidlənmədən buraxılışına şərait yaradacağı barədə dediklərini etiraf etməyib, ərizədə qeyd edilənlərin əsassız olduğunu bildirib.
Buna baxmayaraq, faktla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə bağlı gömrük əməkdaşı və “Fortis Broker” MMC-nin işçisi barədə toplanılan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət davamlı şəkildə məlumatlandırılacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
13 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi



















.jpg)

