Devalvasiyanın zərəri büdcəyə ötürülür, yoxsa....
Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yolu ilə bankın sağlamlaşdırılmasının növbəti mərhələsinə başlanılıb.
“Marja”nın məlumatına görə, diqqəti cəlb edən Beynəlxalq Bankın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsidir. Bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur.
“Dövlət bank üçün böyük addım atır və faktiki olaraq dövlət borcunun artırılması hesabına ABB-nin borclarını qəbul edir” – deyə maliyyə naziri Samir Şərifov bildirib.
PULLARIN MƏNİMSƏNİLDİYİNƏ TOXUNULMUR
Maliyyə Nazirliyinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Beynəlxalq Bankının yaydığı press-relizlərdə vəsaitlərin bankın əvvəlki rəhbərliyi dövründə mənimsənildiyi və ya batırıldığı barədə bir kəlmə də olsa deyilmir. Yalnız qeyd edilir ki, Manatın devalvasiyası nəticəsində bank zərərə düşüb. 2016-cı ilin yekunlarına görə beynəlxalq maliyyə hesabatları üzrə Beynəlxalq Bank Qrupunun (bankın törəmə təşkilatları da daxil olmaqla) 1,9 milyard manat, ABB-nin özünün isə 1,74 milyard manat məbləğində zərərinin açıqlanması gözlənilir:
“Bankın xarici valyutada ifadə olunmuş böyük həcmdə öhdəliklərinin mövcudluğu, 2016-cı ildə manatın məzənəsinin əsas xarici valyutalara nisbətən ucuzlaşması bankın zərərini bir qədər də artıraraq kapital mövqeyinə mənfi təsir göstərmişdir. Bununla əlaqədar bank tərəfindən xarici kreditorlar qarşısında xarici valyutada olan öhdəliklərinin Maliyyə Nazirliyinə ötürülməsinə dair restruktizasiya proqramı hazırlanmışdır”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə təqsirləndirilən digər 7 nəfər də azadlıqdan məhrum ediliblər. Onlar barəsində Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunublar.
ARTIQ 12 MİLYARD MANATDAN ÇOX YARDIM EDİLİB
Bunu da qeyd edək ki, artıq Beynəlxalq Bankın 9,93 milyard manat dəyərində toksik aktivi dövlət tərəfindən (Mərkəzi Bank) alınmış, likvidlik dəstəyinin göstərilməsi üçün banka 1,3 milyard ABŞ dolları və 70 milyon manat həcmində depozit yerləşdirilmişdir.
Bəs, Beynəlxalq Bankın hansı məbləğdə xarici borcu dövlətə ötürülə bilər?
Mərkəzi Bankın statistikasına görə, bu ilin Mart ayının sonunda Azərbaycan bankları 7 milyard 310,9 milyon manat xarici öhdəliklərə malik olublar.
30 İyun 2016-cı il tarixinə olan məlumata görə, Azərbaycan Beynəlxalq Bankının cəmi öhdəlikləri (xarici və daxili) 13 milyard 623 milyon manat təşkil etmişdir. Öhdəliklərin 1 milyard 669 milyon manatını “banklara və digər maliyyə institutlarına ödəniləcək məbləğlər”, 1 milyard 984 milyon manatını “digər borc alınmış vəsaitlər”, 788 milyon manatını “buraxılmış borc qiymətli kağızları”, 772 milyon manatını “subordinasiya borcu”, 8 milyard 175 milyon manatını isə “müştəri hesabları üzrə öhdəliklər” təşkil edib. Müştəri hesabları üzrə öhdəliklərdən əlavə, Beynəlxalq Bankın 5 milyard manat civarında borcu var. Maliyyə Nazirliyi bildirir ki, Beynəlxalq Bankın dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin “bir hissəsi” Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil ediləcəkdir.
Qeyd edək ki, ötən ilin İyun ayı ilə müqayisədə Manat Dollar qarşısında xeyli dəyərdən düşüb. Ola bilsin ki, xarici valyutada alınmış borclar Manat ilə ifadədə artmış olsun.
MƏZƏNNƏ BAXIMINDAN ƏHƏMİYYƏTLİDİR
Beynəlxalq Bankın borcunun dövlətə ötürülməsi Manat/Dollar məzənnəsi baxımından da əhəmiyyətlidir. Zaman-zaman Beynəlxalq Bankın xarici borclarını ödəmək üçün bazardan dollar alması Manatın məzənnəsinə təzyiq edə bilərdi.
NƏ QƏDƏR XARİCİ DÖVLƏT BORCUMUZ VAR?
01 yanvar 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6 milyard 913.2 milyon ABŞ dolları (12 milyard 241.3 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 20.4 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.
Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə insitutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 1 gün sonra
-
-
1 saat əvvəl
Mayın 10-da gözlənilən hava şəraiti - 28 dərəcəyədək isti proqnozlaşdırılır
-
1 saat əvvəl
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir
-
2 saat əvvəl
Aqronomların II Beynəlxalq Forumunda “Prime Cotton” şirkəti də təmsil olunub
-
16 saat əvvəl
ABB bu il də səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!
-
19 saat əvvəl
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
- 20 saat əvvəl
-
20 saat əvvəl
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
-
21 saat əvvəl
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
-
21 saat əvvəl
Naxçıvan Əmlak Məsələləri Dövlət Xidmətinə müvəqqəti rəis və rəis müavini edilib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
AQTA “Alp Delux”a qəzəblənib - “Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntülərini yaydı
İqtisadi Şurada turizm sahəsində vəziyyət müzakirə olunub, sahəsinin inkişafı ilə bağlı qərarlar qəbul olunub
Ən çox oxunanlar
Dünya qarğıdalı istehsalı 2026-cı ildə rekord səviyyəyə çata bilər
PAŞA Bank “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi bank tərəfdaşı olub
"PAŞA Holding" struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib
AccessBank, AmCham və Neurotime süni intellekt hakatonu təşkil edir
Dolların 12 may üçün rəsmi məzənnəsi müəyyən olunub
“İdeal Kredit BOKT”ın xalis mənfəəti 28% artıb






.jpg)






.jpg)







