Baydenin ilk 100 günündə Wall Street-dən görünməmiş perfomans
Səhm və maliyyə bazarında belə canlanma tempi 1950-ci illərdən bəri ilk dəfə müşahidə olunur.ABŞ Prezidenti Co Baydenin öz vəzifəsinin icrasına başladığı vaxtdan ötən 100 gün bir çox maraqlı, həm müsbət, həm də mənfi xarakterli hadisələrlə yadda qaldı. Qlobal və regional siyasət məsələləri çox hamar və axıcı keçməsə də, iqtisadi baxımdan bu dövrü daha çox müsbət mənada qiymətləndirmək olar. Xüsusilə koronavirusla mübarizə və iqtisadiyyatın stimullaşdırılması məqsədilə 1,9 trilyon dollarlıq iqtisadi paketin qəbul edilməsi, ardınca 2 trilyon dollarlıq uzunmüddətli investisiya proqramının açıqlanması ABŞ iqtisadiyyatına və ümumilikdə qlobal iqtisadi sistemə yeni canlanma, inkişaf perspektivi və artan gəlir vəd edir.
Marja xarici iqtisadi-maliyyə mənbələri əsasında Baydenin ilk 100 günündə səhm və maliyyə bazarının vəziyyətini araşdırıb.
Faktiki olaraq, Duayt Eyzenhaurdən (1953-1961) bəri heç bir ABŞ rəhbəri bu postda 46-cı prezident olan Co Bayden kimi iqtidara gəldiyi ilk 100 gündə Wall Street-də bu qədər canlanma görməyib. Müqayisə üçün, S&P 500 indeksinin son 50 ildəki prezidentlərin seçildiyi tarixdən ilk 100 gününə qədərki dövrdə göstərdiyi nəticələri təqdim edirik:
D.Eyzenhauer – 0,1% artım
C.Kennedi – 18,5% artım
R.Nikson - 0,6% artım
C.Karter – 4,5% azalma
R.Reyqan – 3% artım
C.H.Buş (Ata Buş) – 12,5% artım
B.Klinton – 4,8% artım
C.U.Buş – 12,7% azalma
B.Obama – 13,2% azalma
D.Tramp – 11,4% artım
C.Bayden – 24,1% artım
Doğrudur, Baydenin yeni infrastruktur planlarını maliyyələşdirmək üçün varlı amerikalılar və iri korporasiyaların gəlir və mənfəət vergilərini artırmaq barədə açıqlamaları, 2030-cu ilə qədər ölkə üzrə elektrik enerjisi şəbəkələrinin 80%-nin emissiyasız yaşıl enerji mənbələri hesabına təmin edilməsi hədəfləri və ümumilikdə iqlim gündəmi investorları müəyyən qədər narahat edir, lakin onlar hələ də böyük həcmdə sərmayələr yatırmaqda, müxtəlif şirkətlərin səhmlərini almaqda və Birləşmə və Satınalma (M&A) sövdələşmələrinə getməkdə heç də tərəddüd etmirlər.
“Baydenin ilk 100 günlük nəticələri iri həcmli dövlət sifarişlərinə baxmayaraq, rekord həcmli fiskal stimullaşdırma tədbirləri sayəsində artıq son 75 ildə seçkidən sonrakı ən yaxşı kapital gəlirləri gətirib” - JPMorgan Chase bankının strateji analitiki Con Normand qeyd edib. “Nəticələr sabiq prezident D.Trampın “yuxulu Co” adlandırdığı Bayden üçün heç də pis deyil”.
Həmçinin, bu nəticənin sırf Baydenin 100 günlük fəaliyyətinin məhsulu, yoxsa ötən ilin martından başlayan pandemiya ilə mübarizə tədbirləri və iqtisadiyyata pul səpələnməsi strategiyasının davamı olduğuna dair qərar vermək hələ tezdir. National Securities-in baş bazar araşdırmaçısı Art Hogan iddia edir ki, “bu il prezident kimi vəzifəsinin icrasına başlayan istənilən şəxs bu cür sürətli artım küləyi ilə qarşılaşacaqdı. Siz elə bir mövqedən başlayırsınız ki, ehtiyacınız olan hər şeyi artıq ediblər və sizin üzərinizə sadəcə bunu məntiqi şəkildə davam etdirmək düşür”.
Hoganın sözlərinə haqq vermək lazımdır, çünki ötən ilin mart-aprelindən başlayaraq, D.Trampın prezidentliyi dövründə Konqress 3 trilyon dollardan çox stimullaşdırma proqramını təsdiq etmiş, Fed isə faiz dərəcələrini qurumun tarixində rekord həddə qədər azaltmışdı. Bayden hakimiyyəti təhvil alanda COVID-19 pandemiyasının təsirlərini aradan qaldırmaq üçün 5,3 trilyon dollara qədər vəsait artıq xərclənmişdi. Həmçinin, Bank of Americanın statistik məlumatlarına əsasən, 2020-ci ilin noyabrından bu ilin martına qədər cəmi 5 ay ərzində investorlar səhm fondlarına son 12 ildəki toplam rəqəmdən (452 milyard dollar) daha çox - 569 milyard dollar vəsait yatırıblar. Bu isə şəksiz ki, rekord göstəricidir.
Bütün bu stimullaşdırma tədbirləri 2021-ci maliyyə ilinin birinci yarısında artıq 1,7 trilyon dollarlıq rekord büdcə kəsiri yaradır ki, bu da Baydenə qalan xoşagəlməz miraslardan biridir. Fed isə hələ pul siyasətini sərtləşdirməkdə tələsməyərək, əsas məqsədin tam və inklüziv məşğulluq siyasətinin icrası olduğunu və inflyasiyanın ənənəvi 2%-lik həddi uzun müddətli dövrdə keçmədiyi təqdirdə, narahatçılığa əsas olmayacağını bildirir.
Lakin bir sıra aparıcı iqtisadçılar və ekspertlər bununla razılaşmır. Almaniya və dünyanın ən iri sığorta şirkətlərindən biri Allianz-ın keçmiş baş və investisiya direktoru (2007-2012), Kembric Universitetinin Queens’ Kollecinin hazırkı prezidenti, sabiq ABŞ prezidenti Barak Obamanın dönəmində Qlobal İnkişaf Şurasının sədri (2012-2017), Bloomberg və Financial Times kimi nüfuzlu iqtisadi mətbu orqanlarının köşə yazarı və redaktorlarından biri Mohammed-El Erian hesab edir ki, nəticələrə əsaslanan pul-kredit siyasətinə yanaşma, xüsusən inflyasiyanın hazırkı səviyyəsini nəzərə aldıqda, kökündən yanlışdır: “Mən əsasən ondan narahatam ki, onların (Fed rəsmilərinin-red.) ümid etdikləri müvəqqəti inflyasiya nəticə etibarilə sonda dayanıqlı problemə çevriləcək. Əgər biz daimi inflyasiya vəziyyətinə düşsək, Fed hazırkı siyasətində məcburi əyləcə basacaq. O zaman bazarın buna reaksiyası indiki vəziyyətdə hədəfləri nisbətən azaltmaqla müqayisədə qat-qat pis olacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
17 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 14 saat sonra
-
-
20 d. əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
25 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 44 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
-
2 saat əvvəl
Bank yeni konsept əsasında İçərişəhər və Masazır filiallarını istifadəyə verib
-
2 saat əvvəl
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
Ən çox oxunanlar
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb
Qlobal ərzaq qiymətlərində cüzi azalma
TuranBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib




























