Dövlət Komitəsi 6 şirkət ilə təxmiən 23 milyon manatlıq müqavilələr imzaladı - YENİLƏNİB
Dövlət Şəhərsalma və Arxitertura Komitəsi düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi (1), eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (2), Gəncə şəhərində (3), Tərtər rayonunda (4), Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (5), Naftalan şəhərində, Ağcabədi, Goranboy, və Beyləqan rayonlarında (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalında verilən məlumata görə, tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də “Rabitəinşaat” ASC, “Conco” QSC, “Real-İnşaat”, “Az Graft Construction” və “Parlaq-N” MMC-lərdir.
Qalib şirkətlər ilə, müvafiq olaraq 1 milyon 162 min manat, 4 milyon 579 min manat, 4 milyon 894 min manat, 5 milyon 671 min manat, 3 milyon 387 min manat və 2 milyon 116 min manat, ümumilikdə isə 22 milyon 810 min manatlıq müqavilələr imzalanıb.
Qeyd edək ki, xəbər yenilənib. Vahid dövlət satınalmaları portalında müqavilə məbləği düzgün göstərilmədiyi üçün ilk yayımda qeyri-dəqiq rəqəmlər göstərilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
53 d. əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Makron: Avropa Putinlə dialoqu bərpa etməlidir
Azərbaycan şirkəti müflis elan olunacaq
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
Ən çox oxunanlar
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb















.jpg)

.jpg)


