"DəmirBank" mal və xidmətlər alır - TENDER
"DəmirBank" ASC 2017-cı ildə aşağıda qeyd edilmiş mal və xidmətlərin illik satınalması məqsədilə açıq tender elan edir:
Lot 1. Dəftərxana ləvazımatının satın alınması və vaxtında ünvana çatdırılması.
Lot 2. Mətbəə materiallarının çap edilməsi və və vaxtında ünvana çatdırılması.
Lot 3. Təsərrüfat mallarının satın alınması və vaxtında ünvana çatdırılması.
Lot 4. UPS avadanlıqları üzrə təmir və xidmətlərin göstərilməsi.
Lot 5. Steblizator və Generatorlar üzrə texniki qulluq və xidmətlərin göstərilməsi.
Lot 6. Kartriclərin satın alınması, təkrar doldurulması və vaxtında ünvana çatdırılması.
Lot 7. Reklam və poliqrafiya məhsullarının hazırlanması və vaxtında ünvana çatdırılması.
Lot 8. Dizayner xidmətinin göstərilməsi.
Lot 9. Nəqliyyat vasitələrinə təmir xidmətinin göstərilməsi.
Lot 10. ATM üzrə xidmətlərin göstərilməsi.
Lot 11. Poçt xidmətinin göstərilməsi.
Tender iştirakçıları hər bir Lot üzrə əsas şərtlər toplusunu, alınacaq malların və görüləcək işlərin siyahısını və illik həcmini AZ1008, Bakı şəhəri. Qarabağ küçəsi, 31 ünvanından əldə edə bilərlər.
İştirakçılar tenderdə iştirak etmək üçün 16 may 2017-ci il saat 18:00-dək aşağıdakı sənədləri poçt vasitəsi ilə və ya şəxsən təqdim etməlidirlər:
·Tenderdə iştirak etmək üçün ərizə;
-Malların mənşə sertifikatların surətləri;
-Xidmətin göstərilməsi üzrə lisenziya və ya sertifikatların surətləri (tələb olunduqda);
-Tender təklifi (əlavə edilmiş spesifikasiyaya uyğun təqdim olunmalıdır);
-Tender təklifini və satınalma/xidmət müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
-İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə (əgər daha az müddət fəaliyyət göstərirsə, həmin fəaliyyət dövrü haqqında) bank tərəfindən balans göstəricilərinə əsasən verilmiş arayış (bu sənəddə iddiaçının maliyyə vəsaitlərindən istifadə etmək imkanını təsdiq edən məlumatlar olmalıdır).
-İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
-İddiaçı fiziki şəxs olarsa fəaliyyətini əks etdirən sənədlərin (lisenziya, VÖEN, Şəxsiyyət vəsiqəsi və s.) surətləri;
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış.
Tender təklifləri 16 may 2017-ci il tarixi saat 18:00-dək imzalanmış, ikiqat zərfə qoyulmuş, möhürlənmiş şəkildə AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi ünvanına təqdim edilməlidir.
Məhsulları (malların/xidmətlərin) beynəlxalq standartların tələblərinə cavab verən, analoji işlərdə təcrübəsi, idarəetmə səriştəsi, peşəkarlığı texniki və maliyyə imkanları olan iddiaçılar tenderdə iştirak edə bilərlər.
Tender təkliflərinin zərfləri 17 may 2017-ci il tarixi saat 11ºº-də Bakı şəhəri, Qarabağ küçəsi 31 ünvanında yerləşən “Dəmirbank” ASC-nin Baş Ofisində açılacaqdır.
İştirakçılar tender zərflərinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxslə əlaqə saxlaya bilərlər:
Əlaqələndirici şəxs: Mikayılova İradə.
Ünvan: AZ1008, AR. Bakı şəhəri. Qarabağ küçəsi 31. DəmirBank ASC-nin Baş Ofisi.
Telefon: +994 12 444 71 71 (daxili 338).
Faks: +994 12 444 72 14.
Tender üzrə bütün prosedurlar (yazışmalar, sənədləşmə və s.) Azərbaycan Respublikasının dövlət dilindədir. Xarici ölkələrdən olan iddiaçılar isə təmsil olunduqları ölkələrin dilində hazırladıqları təkliflərin Azərbaycan dilinə tərcümə olunmuş və iddiaçı tərəfindən təsdiq edilmiş mətnini əlavə etməlidirlər.
Təkliflərdə tender predmetini səciyyələndirən bütün zəruri parametrlər, o cümlədən işin icrasının texniki cəhətləri, dəyəri, vaxtı, yeri, idarəetmə qaydası, haqqın ödənilən forması və sair göstəricilər bildirilməlidir. İddiaçı tender predmeti olan işi necə icra edəcəyi barədə istənilən məlumatı öz təklifinə daxil edə bilər.
Təkliflərin qiymətləndirilməsində aşağı qiymət, yüksək keyfiyyət, malların vaxtında çatdırılmsı, xidmətlərin yerinə yetirilməsi, anoloji işlərdə təcrübəsi, maliyyə vəziyyəti kimi meyarlara üstünlük veriləcək.
Tender təkliflərinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra azı 30 bank günü olmalıdır.
Tender iştirakçıları hər bir Lot üzrə əsas şərtlər toplusunu, alınacaq malların və görüləcək işlərin siyahısını və illik həcmini AZ1008, Baki şəhəri. Qarabağ küçəsi, 31 ünvanından və Bankın www.demirbank.azsaytından əldə edə bilərlər.
Tender komissiyası
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
3 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
7 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























