“Xalq Sığorta” zərərdən mənfəətə keçib
“Xalq Sığorta” ASC 2020-ci ili 8 milyon 61 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 17 milyon 656 min manat xalis zərər ilə bağlamışdı. “Xalq Sığorta” 2018-ci ildə isə 2 milyon 250 min manat xalis mənfəət əldə etmişdi.
Marja şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə 2020-ci ildə “Xalq Sığorta”nın cəmi gəlirləri 2,6 dəfə artaraq 38 milyon 441 min manat, cəmi xərcləri isə 1,1% artaraq 30 milyon 380 min manat təşkil edib.
DAHA ÇOX SIĞORTA HAQLARI TOPLAYIB
2019-cu illə müqayisədə 2020-ci ildə “Xalq Sığorta”nın topladığı sığorta haqları təxminən 10% artaraq 31 milyon 185 min manat, sığorta ödənişləri isə 12% artaraq 17 milyon 840 min manat təşkil edib.
ZƏRƏRDƏN MƏNFƏƏTƏ KEÇİDİN SƏBƏBLƏRİ
2019-cu ildə gəlirlərdən sığorta ehtiyatlarına böyük məbləğdə ayırma (18 milyon manatdan çox) şirkətin cəmi gəlirlərinin kəskin azalmasına səbəb olmuş və şirkətin zərərə düşməsilə nəticələnmişdi. 2020-ci ildə ehtiyatdan vəsaitin gəlirə əlavə edilməsi və toplanan sığorta haqlarının artması “Xalq Sığorta”nın yenidən mənfəətə çıxımasını təmin edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






