Sabah 10-cu Azərbaycan Mikromaliyyə Konfransı keçiriləcək
25 fevral 2021-ci il tarixində virtual platformada “Pandemiya sonrası perspektivlər: Rəqəmsallaşmağa doğru” adlı 10-cu Azərbaycan Mikromaliyyə Konfransı keçiriləcək.Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində həyata keçirilən “Pandemiyası sonrası Perspektivlər: Rəqəmsallaşmağa doğru” mövzusuna həsr edilmiş 10-cu Azərbaycan Mikromaliyyə Konfransının keçiriləcək.
AMFA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, mikromaliyyə xidmətləri təminatçıları tez-tez rəqəmsal maliyyəni əhatə etmək üçün mütərəqqi addımlar atırlar, mobil cihazlardan istifadə və rəqəmsal maliyyə xidmətləri təminatçıları ilə tərəfdaşlıq edərək mövcud məhsulların, xidmətlərin və əməliyyatların rəqəmsallaşdırılmasına başlayırlar. Baxmayaraq ki, bu həm müştərilərə fayda gətirir (rahatlıq, təhlükəsizlik, daha sürətli) və mikromaliyyə xidmətləri təminatçılarına fayda gətirir (artan əməliyyat səmərəliliyi, müştəri bazasının şaxələndirilməsi, daha az xərclə kənd ərazilərinə çıxış), rəqəmsal maliyyə müəyyən çətinliklər və risklərlə üzləşir və bəzən uyğun bir şəkildə istifadə edilməzsə təhlükə yarada bilər. Tədbirdə aşağıda qeyd edilən mövzuların müzakirəsi planlaşdırılır: Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar, Qeyri-müəyyən zamanlarda yenilik: mikromaliyyədə rəqəmsallaşdırmanın gücləndirilməsi.
Qeyd olunan mövzulara əlavə olaraq, Konfransda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin nəticələri haqqında ümumu məlumatların verilməsinə xüsusi sessiya həsr olunacaq. Bu sessiyada layihənin Maliyyə Savadlılığı üzrə nəticələr, əldə olunan uğurlar və çətinliklər, layihə benefisiarları üçün yeni imkanlar müzakirə olunacaq.
Tədbir zamanı Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin Sədri cənab Cəlal Əliyevin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru xanım Jalə Hacıyevanın, Azərbaycan Respublikasının Kiçik və Orta biznesin inkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini cənab Mehman Abbasın, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Vitse-Prezidenti cənab Vüqar Zeynalovun, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü cənab Mahir Abbaszadənin, Polşa Mikromaliyyə Mərkəzinin (MFC) məsuliyyətli maliyyə üzrə eksperti xanım Eva Bankovskanın iştirakları gözlənilir.
10-cu Azərbaycan Mikromaliyyə Konfransını canlı yayımda izləmək üçün 25 fevral 2021-ci il saat 09:30-da www.facebook.com/AMFA.Azerbaijan qoşulmağa dəvət edirik!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
12 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 15 d. əvvəl
- 20 d. əvvəl
- 25 d. əvvəl
- 33 d. əvvəl
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib







.jpg)









.jpg)




