Bu banklar mükafatlandırıldı - SİYAHI
“Bankçılıq Mükafatları- 2019 - 2020” tədbiri keçirilib19 fevral 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Onlayn formatda baş tutan yığıncaqda həmçinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları-2019 - 2020” adlı tədbiri də baş tutmuşdur.
ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri və ekspertlər iştirak edib.
Mükafatlandırma mərasimində qeyd edilib ki, 2019 - 2020-ci illərdə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. Həmçinin, ABA-ya üzv banklar tərəfindən hərbiçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş mülki vətəndaşlarımızın dəstəklənməsi istiqamətində çoxsaylı işlər görülmüş və tədbirlər həyata keçirilmişdir. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.
Belə ki, 2020-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.
“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank of Baku” ASC, “Kapital Bank” ASC mükafata layiq görülüb.
“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC təltif edilib.
“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “Azər Türk Bank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC təltif edilib.
“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC , “Bank of Baku” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC mükafatlandırılıb.
“Elektron Bankçılıq” nominasiyası üzrə “Azər Türk Bank”ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank”ASC, “Unibank” KB ASC mükafatlandırılıb.
“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank ekspertləri” nominasiyası üzrə ABA-nın eksperti Elman Sadıqov təltif edilib.
Son olaraq, 2020-cu il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə:
“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert qrupu 1-ci yer;
“Hüquqi məsələlər üzrə” Ekspert Qrupu 2-ci yer;
“Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupu isə 3-cü yerə layiq görülüb.
Həmçinin “Fəal ekspert qrupu” nominasiyası üzrə “Kredit işi üzrə” və “İnsan resurslarının idarə edilməsi üzrə” Ekspert Qrupları mükafatlandırılıb.
2019-cu il üçün isə “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AFB Bank” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC mükafatlandırılıb.
“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Expressbank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC mükafata layiq görülüb.
“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azər Türk Bank” ASC, “Bank of Baku” ASC, , “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC təltif edilib.
“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “AccessBank” QSC, “Bank Respublika” ASC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.
“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nümayəndəsi Əli Dadaşzadə təltif edilib.
“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “Bank Respublika” ASC mükafatlandırılıb.
Daha sonra ABA-nın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edən, Assosiasiyanın nəzdində çalışan Ekspert Qruplarının il ərzindəki fəaliyyətlərinin qiymətləndirilməsinin nəticələri açıqlanıb və il ərzində ekspert qruplarının hər biri çox yüksək səviyyədə və peşəkarlıqla fəaliyyət göstərdiyi, bank sektoruna aid ümumi məsələlərin həllinə əhəmiyyətli töhfələr verdiyi vurğulanıb.
Beləliklə, 2019-cu il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə , “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu, “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə“ Ekspert Qrupu, “Komplayns üzrə” Ekspert Qrupu mükafata layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
24 d. əvvəl
Nazir Azərbaycanda iqtisadi artımın dayanmasının əsas səbəbini açıqladı
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 2 saat əvvəl
-
4 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
-
5 saat əvvəl
Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Ən çox oxunanlar
PAŞA Bank: 20 min manatadək sifariş verən investorların sifarişlərinin 100 faiz təmin ediləcəyi ehtimalı yüksəkdir
“AzerGold” QSC-də Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib
SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində























