Pandemiya ilində “Kapital Bank”ın xalis mənfəəti 2 dəfədən çox artıb
Pandemiya illi olan 2020-ci ili “Kapital Bank” ASC 302 milyon 698 min manat xalis mənfəət ilə başa vurub.
Marja Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu illə müqayisədə Kapital Bankın xalis mənfəəti 2,2 dəfədən çox artıb.
Bank 2019-cu ili 134 milyon 708 min manat xalis mənfəət ilə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
2020-ci ildə Kapital Bankın cəmi faiz və qeyri-faiz gəlirləri 656 milyon 623 min manat, cəmi faiz və qeyri-faiz xərcləri isə 318 milyon 334 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 338 milyon 289 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 25 milyon 546 min manat azad olub, bunun hesabına mənfəət 363 milyon 834 min manata yüksəlib. Bank mənfəətindən 61 milyon 136 min manat mənfəət vergisi ödəyib.
Xatırladaq ki, 2019-cu ildə Kapital Bankın faiz və qeyri-faiz gəlirləri 571 milyon 302 min manat, cəmi faiz və qeyri-faiz xərcləri 273 milyon 156 min manat, əməliyyat mənfəəti 298 milyon 146 min manat təşkil etmişdi. Bank həmin il əməliyyat mənfəətinin 125 milyon 554 min manatını ehtiyatın yaradılmasına ayırmış və 37 milyon 884 min manat mənfəət vergisi ödəmişdi.
BANKDA 1 MİLYARD MANATDAN ÇOX BÖYÜMƏ
Ötən il Kapital Bankın cəmi aktivləri 1 milyard 84 milyon 150 min manat artaraq 31 Dekabr 2020-ci il tarixində 5 milyard 227 milyon 472 min manat təşkil edib. Bank 2019-cu ilin sonunda 4 milyard 143 milyon 322 min manat cəmi aktivlərə malik idi.
DEPOZİTLƏR KREDİTLƏRDƏN ÇOX ARTIB
Ötən il Kapital Bank tərəfindən cəmi müştərilərə verilmiş kreditlər 354 milyon 729 min manat artaraq 2 milyard 175 milyon 951 min manata, qəbul edilmiş depozitlər isə 569 milyon 623 min manat artaraq 3 milyard 805 milyon 619 min manata çatıb.
2020-ci ilin sonunda Kapital Bank 547 milyon 361 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
10 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
12 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti







.jpg)
















