Buğda qiymətləri 6 ilin ən yüksək səviyyəsinə qalxıb
Buğda qiymətləri Çinin və digər idxalçıların artan tələbilə 6 ilin zirvəsinə yüksəlib.Çin və digər idxalçıların artan tələbi və ən böyük ixracatçı Rusiyanın tətbiq etdiyi əlavə gömrük vergilərilə buğda qiymətləri 6 ildən çox müddətin ən yüksək səviyyəsinə çatıb.
Marja xəbər verir ki, Çinin artan tələbi, əhəmiyyətli əkin sahələrindəki quraqlıq, hökumətlərin daxili tədarükü təmin etmək üçün ixracı məhdudlaşdırmaları qlobal taxıl qiymətlərinin 2014-cü ildən bəri ən yüksək səviyyəyə qalxmasına səbəb olub. Pandemiya dövründə dünyada aclığın da artdığı bir dövrdə yaşanan bu qiymət artımı, qida inflyasiyasına dair narahatlıqlar yaradıb.
Çinin aqrar əmtəələrə olan tələbi bu il olduqca artıb. Soya, qarğıdalı və ət idxalında rekordlar qırılıb, 25 ilin ən böyük buğda alışları reallaşıb.
Azalan istehsal ilə əlaqədar olaraq Çinin qarğıdalı idxalı 11 milyon tonu aşıb.
Çikaqo əmtəə birjasında ticarət olunan buğda müqaviləsi 1.3% artımla, təxminən 12.7 kilosu 6.84 dollardan əməliyyat olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
23 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
-
55 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
5 saat əvvəl
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan neftinin son qiyməti
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika 2025-ci ili rekord göstəricilərlə başa vurub



















