FAO: son otuz ildə 420 milyon hektar meşə sahəsi itirilib
Son otuz ildə Yer kürəsində təxminən 420 milyon hektar meşə sahəsi itirilib.
Planetin bütün yerüstü biomüxtəlifliyinin əsas hissəsi: 60 min müxtəlif bitki və ağac növü, bütün suda-quruda yaşayanların 80 faizi, quş növlərinin 75 faizi və məməlilərin 68 faizi məhz meşələrin payına düşür. Meşələrin yox olması çoxsaylı vəhşi flora və fauna növlərinin yox olmasına səbəb olur.
Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünya meşələrinin yarıdan çoxu beş ölkənin: Rusiya, Braziliya, Kanada, ABŞ və Çinin payın düşür. Ümumdünya Vəhşi Təbiət Fondunun ekspertlərinin bildirdiyinə görə, Rusiyada 247 milyon hektar ilkin, insan ayağı dəyməmiş meşə var. Amma onların ildə 1,6 milyon hektardan çox yoxa çıxır və bu proses getdikcə sürətlənir.
Rusiya Ümumdünya Vəhşi Təbiət Fondunun direktoru Dmitri Qorşkovun fikrincə, meşələri itirsək, ekosistemi bərpa etmək artıq mümkün olmayacaq, çünki, “biomüxtəliflik, xüsusən də meşələr – planetdə həyatın əsasını təşkil edən mürəkkəb mexanizmdir”. D.Qorşkov deyib: “Biz bu mexanizmin işlədiyinə görə yeyib, içir və nəfəs ala bilirik. Oksigen, suyun təmizlənməsi, bitkilərin tozlanması – bunların hamısı böyük bir sistemin tərkib hissəsidir. Burda bütün heyvanların və bitkilərin də xüsusi töhfəsi var”.
Meşə ərazilərinin yarısı, demək olar ki, xarici təsirdən, insan müdaxiləsindən zərər görməyib. Meşələrin üçdə biri insan ayağı dəyməyən meşələrdir. Lakin buna baxmayaraq, meşələrin yox olması hələ də davam edir və buna görə də planetin yeni əraziləri meşə örtüyündən məhrum olur.
“Meşəsizləşmə prosesinin və biomüxtəlifliyin itirilməsinin qarşısının alınması üçün biz istehsal üsullarımızı və ərzaq istehlakının miqyasını yenidən nəzərdən keçirməliyik”, - deyə FAO-nun baş direktoru Qu Dundyu qeyd edib.
Ekspertlər ağacların qoruyucu funksiyaları yerinə yetirdiyini xatırladır: onlar eroziyanın və torpaq itkisinin qarşısını alır və iqlim dəyişikliyinin təsirlərini azaldır. Həm də meşələr insanları yanacaq və ərzaq ilə təmin edir. Bir çoxları üçün isə onlar əhəmiyyətli gəlir mənbəyidir.
Belə ki, bu gün meşələrin payına 86 milyon “yaşıl” iş yeri düşür. Həddindən artıq yoxsulluq içərisində yaşayanların, 90 faizindən çoxu meşədə olan yabanı qidaların hesabına sağ qalır. Təkcə Latın Amerikasında səkkiz milyon yoxsul insanın həyatı meşələrin vəziyyətindən asılıdır.
Ermənistan tərəfindən Qarabağ və ətraf ərazilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxlaması Azərbaycan ekologiyasına böyük ziyan vurub.
İndi azad edilmiş ərazilərdə meşə fondu 1988-ci ildə 228 min hektar, 2020-ci ildə isə cəmi 174 min hektar təşkil edib. 54 min hektar meşə ehtiyatı isə məhv edilib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


