Zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstəriləcək
Azərbaycan Respublikasının Nazirlər Kabinetinın 23 dekabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq, ölkədə karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar sahibkarlıq subyektlərinə yenidən maliyyə dəstəyi göstəriləcək.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılacaq. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur.
22 minə yaxın vergi ödəyicisini əhatə edəcək bu tədbir çərçivəsində pandemiyanın zərər çəkmiş sahələrdə çalışan 200 min nəfərdən çox muzdlu işçinin əmək haqlarının müəyyən hissəsi ödəniləcək. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən 52,5 milyon manat həcmində maliyyə dəstəyi göstərilməsi nəzərdə tutulur.
Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək.
Eyni zamanda, yeni qeydiyyatdan keçmiş müəssisələr də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər. Belə ödəyicilər üçün müraciət forması əvvəlki kimidir. Müraciət qaydası ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar:
İkinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir. Bu tədbir pandemiyadan zərər çəkmiş sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan 90 minə yaxın fərdi sahibkara dövlət tərəfindən 30,5 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.
Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödəniləcək. Bu istiqamət üzrə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilir.
Sahibkarlara yenidən maliyyə dəstəyinin göstərilməsi barədə qərar yaranmış vəziyyətdə sahibkarlıq subyektlərinin zərərlərinin azaldılmasına, onların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına, iş yerlərinin qorunub saxlanılmasına xidmət edir.
İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı artıq Maliyyə Nazirliyinə təqdim edilib. Qısa müddət ərzində maliyyə dəstəyinin sahibkarların bank hesablarına köçürülməsi təmin ediləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
12 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 13 saat əvvəl
-
13 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
13 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ



















.jpg)



