Həyat sığortası 15%, qeyri-həyat sığortası isə 5% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 280 milyon 919 min manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankının istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 14,7% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 388 milyon 107 min manat təşkil edib. Bu isə illik müqayisədə 4,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,4 dəfə artaraq 247 milyon 23 min manata çatıb, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,45% azalaraq 144 milyon 431 min manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 87,9 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 37,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-noyabr aylarında müvafiq olaraq 41,9 manat və 40,35 manat olub.
Könüllü sığorta 11%, icbari sığorta isə 4% artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 462 milyon 382 min manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 4,45% artaraq 206 milyon 543 min manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 328 milyon 69 min manat təşkil edib ki, bu da illik müqayisədə 82,7% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 12,8% azalaraq 63 milyon 384 min manata düşüb.
Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 70,95 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-noyabr aylarında 43 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 36,8 manatdan 30,7 manata düşüb.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
8 d. əvvəl
Click to Pay with Visa — Epoint-də onlayn checkout üçün yeni standart
-
20 d. əvvəl
"Azpulmat"da böyük geriləmələr - BOKT kiçilib, gəlirləri və xalis mənfəəti kəskin düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
-
2 saat əvvəl
PAŞA Bank 31-ci “Baku Energy Week” tədbirinin əsas bank tərəfdaşı qismində çıxış edir
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Broyler şirkətinin xalis zərəri təxminən 2 dəfə artıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Rəsmi məzənnələr açıqlandı
“CFİ Financial İnvestisiya Şirkəti” daha aktiv fəaliyyətə hazırlaşır
Qızıl ABŞ-ın İrana hücumlarından sonra ucuzlaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 18 GÜN
Neft ABŞ-ın yeni hərbi hücumları ilə bahalaşıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Sumqayıt Sənaye Parkında yeni şirkət - 16,3 milyon manat olan layihə həyata keçiriləcək























