“Yapı Kredi Bank Azərbaycan”dan aztəminatlı ailələrə öz biznesini qurmaq üçün növbəti dəstək
(®️) “Yapı Kredi Bank Azərbaycan” yeni iş yerlərinin yaradılmasına dəstək olmaq məqsədi ilə dekabr ayında 5 aztəminatlı ailəyə müxtəlif sahələrdə öz biznesini qurmaq üçün lazımi dəstəyi göstərmişdir.
Hüseynova Şahidə, Əzizova Natəvan və Qurbanova Bənövşə uzun illərdir məşğul olduqları dərzilik sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirdilər. Dekabrın 17 və 18-də “Yapı Kredi Bank Azərbaycan” onların arzusunu reallaşdıraraq öz dərzi atelyelərini qurmaları üçün lazım olan bütün avadanlıqları təqdim etmişdir.
Un məmulatları sexi qurmaq istəyən Abbasova Zenfiraya bu sahədə tam fəaliyyət göstərməsi üçün lazım olan bütün texniki avadanlıqlarla təmin edilmişdir.
Kamilov Qüdrət isə özünə məxsus həyatyanı sahədə broyler sexi qurması üçün texniki təchizata ehtiyacı olduğunu bildirmişdir. Onun bu sahibkarlıq təşəbbüsünü həyata keçirmək üçün “Yapı Kredi Bank Azərbayca”n lazım olan bütün avadanlıqları alaraq, ona təqdim etmişdir.
“Yapı Kredi Bank Azərbaycan” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında aztəminatlı əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanmış Memoranduma qoşularaq may ayından etibarən onlarla aztəminatlı ailənin öz işini qurması üçün bütün lazımlı avadanlıqlarla təmin etmişdir. Sosial məsuliyyət layihələrini xüsusi önəm verən bank növbəti aylarda daha bir neçə aztəminatlı ailənin kiçik biznes təşəbbüsünün reallaşmasına töhvə verəcəkdir.
Bankın məhsul və xidmətləri barədə məlumatı bankın filiallarından, www.yapikredi.com.az internet adresindən, *0444 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub




















