"Mən söhbət etmək üçün 3 dəfə Əliyevin yanına getmişəm"
Hazırda Serbiya Rusiya qazının tədarükünə alternativ görmür.
Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.
“Biz indiyədək Ukrayna və Macarıstandan keçməklə Rusiya qazı idxal etmişik. Bu, bizim üçün ən ucuz aldığımız qazdır. Hər dəfə amerikalılar bizdən soruşanda ki, niyə digər qaz almayasınız, biz deyirdik, - bəli, problem yoxdur. Mən söhbət etmək üçün üç dəfə Əliyevin (Azərbaycan prezidenti - red) yanına getmişəm”, - Vuçiç çərşənbə axşamı Belqradda RF XİN başçısı Sergey Lavrovla danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Dövlət başçısının sözlərinə görə, “biz dedik – daha ucuz qiymətə qaz verin, biz daha bahalı qaz almayaq”. Lakin, onun qeyd etdiyi kimi, nəticədə də “Serbiya üçün kifayət qədər qaz olmadı”.
“Hər dəfə daha ucuz qiymətə qazın harada olması ilə bağlı sual verərkən biz cavab almamışıq... İndi biz daha ucuz qiymətə qaz əldə edə bilərik? Mən hələ belə bir şey görməmişəm”, - Vuçiç vurğulayıb.
“Serbiyadan məgər kimsə daha baha qiymətə qaz ala bilər? Və hansı yol ilə Serbiyaya nəql olunacaq? Kiminsə siyasi maraqları xatirinə daha baha qiymətə qaz alaq? Mən belə edə bimərəm. Bunu xalqa necə izah edim?”, - Serbiya prezidenti bildirib.
“Hansı qazı alacağımıza gəlincə isə, hər kəs öz işi ilə məşğul olsun. Biz ən yaxşı, ən ucuz qiymətə qaz alacağıq”, - Vuçiç bildirib.
“İnterfaks-Azərbayan”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 12 d. əvvəl
- 14 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
























