Məşhur kolbasaların ölmüş atların ətindən hazırlandığı müəyən olundu
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Ət və ət məhsulları istehsalçısı “Elba” MMC ölmüş at ətlərindən istifadə edirmiş.
Xəbər verdiyimiz kimi, apelin 26-da Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən sürücü Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilinə Daşkəsən-Gəncə avtomobil yolunda baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerində mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan 50 qutuda (hər biri 20 kq) 1000 kiloqram sümükdən ayrılmış, karton qutulara qablaşdırılmış və dondurulmuş mənşəyi məlum olmayan heyvan ətləri aşkar edilmişdir.
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılmış avtomobilin yük yerində aşkarlanmış mənşəyi məlum olmayan heyvan ətlərinin Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi “Elba” MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikində yükləndiyi məlum olub və müəssisəyə baxış keçirilib. Baxış zamanı fabrikin 1 nömrəli kamerasında hər biri 20 kiloqram olmaqla 260 qutu, hər biri 40 kiloqram olmaqla 12 qutu, ümumilikdə 5680 kiloqram sümükdən ayrılmış karton qutulara qablaşdırılmış, dondurulmuş, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri, həmçinin hər biri 6 kiloqram olmaqla 60 ədəd polietilen paketə qablaşdırılmış, mənşəyi bilinməyən, ümumi çəkisi 360 kiloqram olan heyvanın iç piyi, 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları aşkarlanıb. Eyni zamanda “Elba” MMC-yə məxsus 2 nömrəli soyuducu kamerada 2 baş iribuynuzlu heyvanın başı, dərisi, ayaqları və daxili orqanları aşkar olunmuşdur.
Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi “Hundai” markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürərək Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.
Laboratoriyada müayinələrin nəticəsinə əsasən Əliyev Nafiq Rüstəm oğlunun idarə etdiyi "Hundai" markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlub olub. Ekspertizaların nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilib.
Həmçinin “Elba” MMC-yə məxsus kəsim və emal fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin beşinin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib. Həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi məlum olub.
Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, heyvan ətləri (at və iribuynuzlu heyvan ətləri) barədə qanunvericiliyə uyğun tədbir görüləcək.
“Elba” Məhdud Məsuliyyətli Cəmiyyəti 1999-cu ildən fəaliyyət göstərir. Şirkət kolbasa məmulatları və hazır dönərlər istehsal edir. Hazırda “Elba” “Grona” şirkətlər qrupuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
4 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
6 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 6 saat əvvəl
-
6 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
















.jpg)



