Azərbaycan Dünya Bankı və IFC ilə birgə 5 illik investisiya strategiyası hazırlayır
Azərbaycanda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birgə 2021-2025-ci illəri əhatə edəcək birbaşa investisiyaların cəlb edilməsinə dair strategiya hazırlanır.
Bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən onlayn "B2G Forum"da çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifələrini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, strategiyada konkret olaraq birbaşa investisiyaların hansı sahələrə, hansı formada, hansı müddətə və şərtlərlə cəlb olunması olduqca önəmli yer tutur: "İnvestisiya strategiyasının hazırlanmasına ciddi mütəxəssislər cəlb olunub. Əlavə olaraq, bizim "Invest in Azerbaijan" mexanizmləri də hazırlanır və şirkətlərin qlobal dəyər zəncirinə qoşulması məsələsi müzakirə olunur. Biz bu işləri "McKenzy" şirkəti ilə birgə həyata keçiririk. İşlər gələn ilin ortalarında tamamlanacaq. Orada da çox maraqlı layihələr və mexanizmlər olacaq", - deyə Y. Abdullayev qeyd edib.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
5 d. əvvəl
"Sanksiyalar tətbiq edilmədi, əksinə, onlar milyardlarla dollar dəyərində silahlar verirdi”
-
18 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Türkiyənin Suriyaya ixracı 3 milyard dolları keçib
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ən çox oxunanlar
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti























