"Nəhəng Ərəb şirkətlərini Azərbaycana investisiya qoymağa həvəsləndirəcəyik"
Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab nazir, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əlaqələrin hazırki vəziyyətini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bu əməkdaşlığın səviyyəsi sizi qane edirmi?
- Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bu illər ərzində ölkələrimiz arasında əməkdaşlığın möhkəm təməli qoyulub. Səudiyyə Ərəbistanı, eyni zamanda, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan təbii resurslarla zəngindir. Biz geniş və səmərəli əməkdaşlıq qurmağa nail olmuşuq. Bu əlaqələr siyasi, iqtisadi sahələri əhatə etməklə, getdikcə daha da genişlənir. Biz Azərbaycan ilə əməkdaşlıqdan məmnunuq və ümid edirik ki, bu əlaqələr gələcəkdə daha geniş məcrada inkişaf edəcək. Enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi hər iki tərəfə fayda verəcək.
- Sizcə, Saudi Aramco və SOCAR-ın birgə layihələrdə iştirakı nə dərəcədə real görünür?
- Bu sahədə əməkdaşlıq uğur vəd edir. Saudi Aramco və SOCAR aparıcı şirkətlərdir. Əminəm ki, hər iki şirkət yeni investisiya kanalları açmaqla, fəaliyyətlərini genişləndirə biləcək. Saudi Aramco və SOCAR-ın birgə layihələrdə iştirakı tamamilə realdır və qarşıda heç bir maneə görünmür. Bu yaxınlarda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Səudiyyə Ərəbistanına səfəri də bu baxımdan faydalı oldu.
- Qeyri-OPEC ölkəsi olan Azərbaycanın neft hasilatının azaldılması təşəbbüsündə iştirakını necə qiymətləndirirsiniz?
- Azərbaycan OPEC və qeyri-OPEC ölkələri arasında neft hasilatının azaldılmasına dair razılıq əldə olunmasında açar rolunu oynadı və öhdəliklərinə tam əməl etdi. Bizim hər bir beynəlxalq layihədə ortaq anlaşmamız mövcuddur. Bu anlaşma Xəzər regionu və Yaxın Şərqin maraqlarına xidmət edir. Səudiyyə Ərəbistanı Azərbaycanın bu mövqeyini yüksək qiymətləndirir. Biz belə qənaətə gəldik ki, neft istehlakçıları yalnız istehsalçıların istəklərindən faydalana bilər. Bizim ehtiyatlarımız balanslaşdırılıb.
Ötən ilin sonunda tərəfdaşlarımızla məsləhətləşmələr apardıq. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkəniz neft hasilatında liderliyini qoruyub saxlayır. Səudiyyə Ərəbistanı da gündəlik neft hasilatını azaltmaq öhdəliklərinə sadiqdir. Biz qlobal inventarları orta beş illik səviyyəsinə gətirməliyik. Bununla bağlı qərar mayın 4-5-də Vyanada keçiriləcək görüşdə bəlli olacaq.
Azərbaycan əsas neft istehsalçılarındandır və Səudiyyə Ərəbistanından daha öncə neft istehsal edib. Ölkənizin mövqeyi bizim üçün olduqca önəmlidir. Neft bazarının gələcəyinə nikbin yanaşıram və ümid edirəm ki, atdığımız birgə addımlar bazarda tarazlıq yaranmasına gətirib çıxaracaq.
- Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanın qeyri-neft sektorunda layihələrə maraq göstərirlərmi?
- Səudiyyə Ərəbistanı və Azərbaycan bir çox sahələrdə ortaq dəyərləri paylaşır. Bizim zəngin irsimiz, mədəniyyətimiz, dəyərlərimiz var. Biz, eyni zamanda, təbii resurslardan xeyli dərəcədə asılıyıq. Odur ki, iqtisadiyyatı şaxələndirməyə, yeni sahələr yaramağa ehtiyacımız var. Səudiyyə Ərəbistanı 2030-cu ilə hesablanmış proqram irəli sürüb. Bu layihə iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sənayesini əhatə edir. Biz azərbaycanlı həmkarlarımızla bir araya gələrək bu layihənin icrası ilə bağlı təcrübə mübadiləsi aparacağıq. Hər iki ölkə təcrübə mübadiləsindən faydalana bilər. Səudiyə Ərəbistanı Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa hazırdır. Biz “SAAB”, “Maaden” kimi nəhəng Ərəb şirkətlərini Azərbaycana investisiya qoymağa həvəsləndirəcəyik.
Bundan əlavə, ölkənizin kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixrac edilməsi növbəti addımlardan biri olacaq. Biz Azərbaycanın alüminium sahəsindəki təcrübəsini də öyrənməkdə maraqlıyıq. Bunun üçün qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsi olduqca vacibdir. Bizim çoxsaylı özəl müəssisələrimiz, sahibkarlarımız onlara daha çox gəlir gətirə biləcək ölkə və məkan axtarışındadırlar. Düşünürəm ki, təhlükəsiz ölkə olan Azərbaycan bu sahədə yaxşı modeldir. Ümidvarıq ki, bizim şirkətlər Azərbaycana gələrək iqtisadiyyatın və sənayenin şaxələndirilməsinin bir hissəsi olacaqlar.
© Azərtac
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Azərbaycanda ilk dəfə olaraq Bakı Dövlət Universitetində aqrar sığorta fənninin tədrisinə başlanıb
-
- 20 d. əvvəl
-
32 d. əvvəl
Tramp: İrandakı etirazları yaxından izləyirik, mümkün güclü variantları nəzərdən keçiririk
-
45 d. əvvəl
FED-in sədri Tramp administrasiyasının onu cinayət ittihamı ilə hədələdiyini bildirib
-
59 d. əvvəl
FED sədri “cinayət ittihamı aktı” ilə hədələndiyini açıqladı - “Bunlar bəhanədir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qızılın qiymətində yeni rekord - İRANDAKI ETİRAZLAR VƏ FED CİNAYƏT İŞİ QIZILI BAHALAŞDIRDI
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bu gündən Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Rəsmi məzənnələr açıqlandı
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
Ən çox oxunanlar
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
























