3 ilə 100%-dək gəlir - BAKIDA
İnvestorların geniş tətbiq etdiyi bir sıra investisiya alətləri var. Hər bir ölkənin xüsusiyyətlərindən asılı olaraq bu investisiya alətlərinin sayı azalır və ya çoxalır.
Azərbaycanda investisiya alətləri rolunda əsasən bank əmanətləri, qiymətli metallar və daşınmaz əmlak çıxış edir. “AS Group Investment” Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzi daşınmaz əmlakın Azərbaycanda yaxın illərdə ən sərfəli investisiya aləti olacağını proqnozlaşdırır. Belə ki, 20 illik ipotekanın dayandırılması və kəskin rəqabət şəraitində tikinti şirkətləri şərtləri daha da asanlaşdırır, müxtəlif endirim kampaniyaları elan edir. Bu vəziyyətdə sərfəli şərtlərlə daşınmaz əmlak almaq imkanları daha da genişlənir.
Amma seçim edən zaman, bir sıra şərtlərə riayət etmək önəmlidir. Əgər mənzil məhz sərmayə məqsədilə alınırsa, onda tikilən binalarda mənzil almaq daha sərfəlidir. Belə ki, tikilən mənzillə tikintisi artıq başa çatmış mənzil arasında qiymət fərqi bəzən 100% çatır. İnvestor münasib zamanı gözləyib, tikilən binalarda kampaniyalar çərçivəsində mənzili daha da sərfəli qiymətə ala bilər. Nümunə kimi qeyd edək ki, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən “Renessans Palace” premium klass yaşayış kompleksində 31 mayadək 1m² qiymətinə 300 AZN endirim edilib. Hal-hazırda endirimlə 1m² qiyməti 1500 AZN-dən başlayır. Qeyd etmək lazımdır ki, bu kompleksdə kampaniyadan kənar qiymətlər 1800 AZN-dən başlayır və orta qiymət 1950 AZN-dir. Kompleks ilin sonunda təhvil veriləcək və qiymət siyasətinə əsasən burada qiymətlərin gələn ilin sonuna 2500 AZN-ə qədər yüksəlməsi planlaşdırılır. Beləliklə, artıq ilkin mərhələdə düzgün yatırım etməklə 60%-dən çox qazanc əldə etmək olar.
Tikinti prosesində qiymət artımı istər Azərbaycanın, istərsə də digər ölkələrin daşınmaz əmlak bazarlarında müşahidə olunan tendensiyadır. Tikinti zamanı 1m² qiyməti 800 AZN, hal-hazırda isə 5000 AZN təşkil edən yaşayış kompleksləri var. Digər tərəfdən nəzərə almaq lazımdır ki, “Renessans Palace” bu ilin sonu istismara təhvil veriləcək. Kompleksin yaxınlığında, “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən və sahəsi 60-70 m² təşkil edən mənzillər aylıq 500 AZN və ya illik təqribən 5% kirayədən gəlir təmin edir.
Amma nəzərə almaq lazımdır ki, kirayə ilə yanaşı olaraq investor daşınmaz əmlakın qiymət artımından da gəlir əldə edə bilər. Dünyanın əksər ölkələrində, xüsusən də iqtisadi artım müşahidə olunan ölkələrdə daşınmaz əmlakın qiyməti artıma meylidir. 2000-2017-ci illərdə Bakıda bir kvadrat metr mənzilin qiyməti dollar ifadəsində təqribən 3,5 dəfə artıb. Manat ifadəsində qiymət artımı daha da əhəmiyyətlidir – 7 dəfə. Müqayisə üçün qeyd edək ki, 2000-2016-cı illərdə Moskvada bir kvadrat metrin qiyməti 300%, Londonda – 200%, Parisdə - 180% artıb. Bu şəhərlər yüksək investisiya cəlbediciliyinə malik olduğundan, burada yüksək qiymət artımı müşahidə olunmuşdur.
Bakı şəhərində davamlı qiymət artımı yaşayış təyinatlı daşınmaz əmlaka olan yüksək tələblə əlaqədardır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2016-cı ildə Azərbaycanda adambaşına düşən mənzil fondu 17,8 m² təşkil etmişdir. Maraqlıdır ki, bu göstərici 2011-ci ildən etibarən dəyişməyib. Halbuki, bu illər ərzində mənzil fondunun ümumi sahəsi 11,7 milyon m² artıb. Beləliklə, son illərin statistikası göstərir ki, sürətlə davam edən mənzil tikintisi ən yaxşı halda əhalinin artım templərini kompensasiya edə bilir. Bakının Azərbaycanın digər regionlarına nisbətən daha çox inkişaf etdiyini, əmək fəaliyyəti və yaşamaq üçün daha cəlbedici olduğunu nəzərə alsaq, burada daşınmaz əmlaka tələb hələ uzun illər yüksək olaraq qalacaq, bu isə qiymətlərə təsir edəcək. Bu fikir, son illərin qiymət statistikasında da öz təsdiqini tapır. 2015-ci
ilin yanvar ayından 2017-ci ilin yanvar ayına kimi daşınmaz əmlak bazarında qiymətlər 1,5% enmişdir. Yeni tikililərin qiymətində isə bu müddət ərzində artım qeydə alınmışdır – 1%.
Göründüyü kimi, daşınmaz əmlaka düzgün və vaxtında yatırım edən investor 3 il ərzində 100%-dək gəlir əldə edə bilər. Azərbaycan şəraitində heç bir investisiya aləti bu dərəcədə gəlirlik təklif etmir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
-
6 saat əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
6 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
7 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
7 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
-
7 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
7 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
FED faiz qərarını açıqladı - SON DƏQİQƏ
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
Ən çox oxunanlar
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü




















