“PAŞA Bank”da paylar dəyişib
“PAŞA Bank” ASC-nin səhmdarlarının pay bölgüsü dəyişib.
Bu, Bankın nizamnamə kapitalının 21 511 800 manat və yaxud 6,5% artırılaraq 333 000 000 manatdan 354 511 800 manata çatdırılmasından sonra baş verib.
Belə ki, kapital artımı üçün “PAŞA Bank”ın dövriyyəyə buraxdığı, hər birinin nominal dəyəri 33 300 manat olan 646 ədəd yeni səhmin 49-nu Bankın əsas səhmdarı – “PAŞA Holdinq” MMC, 597-ni isə digər səhmdar – Arif Paşayev alıb. 3-cü səhmdar – “Ador” MMC isə prosesdə iştirak etməyib.
Son nəticədə “PAŞA Holdinq”in “PAŞA Bank”dakı payı 60%-dən 56,82%-ə, “Ador”un payı isə 30%-dən 28,18%-ə düşüb, A.Paşayevin payı isə 10%-dən 15%-ə çatıb.
Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb.
“PAŞA Bank”ın səhmdarlarının pay bölgüsü | ||||
Səhmdarlar | Əvvəl | İndi | ||
Səhm sayı | Faiz nisbəti | Səhm sayı | Faiz nisbəti | |
“PAŞA Holdinq” MMC | 6 000 | 60,00% | 6 049 | 56,82% |
“Ador” MMC | 3 000 | 30,00% | 3 000 | 28,18% |
Arif Paşayev | 1 000 | 10,00% | 1 597 | 15,00% |
Cəmi | 10 000 | 100,00% | 10 646 | 100,00% |
Nizamnamə kapitalı | 333 000 000 manat | 354 511 800 manat | ||
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 d. əvvəl
-
-
13 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
22 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 43 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Ən çox oxunanlar
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb























