“AzerGold”un istiqrazlarına tələb təklifi 2,5 dəfə üstələyib
24 sentyabr 2020-ci il tarixində Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2001019879 dövlət qeydiyyat nömrəli, 10.milyon ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Birjadan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “AzerGold” QSC-nin 10 milyon ABŞ dolları məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 25 milyon ABŞ dollarından yuxarı məbləğdə sifariş toplanmışdır. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 2,5 dəfə üstələmişdir
Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 102.8587 (3.00%) olan 88 sifariş təqdim edilmişdir. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.8100 (3.71%), orta ölçülmüş qiyməti 101.7493 (3.38%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25 milyon 592 min 600 ABŞ dolları təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon ABŞ dolları təşkil etmişdir.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 9 d. əvvəl
-
-
44 d. əvvəl
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
-
58 d. əvvəl
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
2 saat əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
2 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Ən çox oxunanlar
İyunun 9-da gözlənilən hava şəraiti
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib











.webp)













