Dünyanın nüfuzlu maliyyə qurumu Kapital Bankı mükafatlandırıb
Kapital Bank Raiffeisen Bank International tərəfindən mükafatlandırılıbKapital Bank dünyanın nüfuzlu maliyyə qurumlarından olan Raiffeisen Bank International AG tərəfindən “STP Quality Award 2019” mükafatı ilə təltif edilib. Bu mükafat beynəlxalq ödənişləri yüksək keyifyyətlə icra edən banklara təqdim olunur.
Məlumatların avtomatlaşdırılmış qaydada emal olunması müasir bank sistemində, xüsusilə köçürmələr və ödənişlər sahəsində mühüm rol oynayır. Beynəlxalq ödənişlərin icrası ilə bağlı prosesin avtomatlaşdırılması əməliyyat xərclərini minimuma endirərək hesablaşma-klirinq prosesini sürətləndirir. Raiffeisen Bank International beynəlxalq köçürmələrin və ödənişlərin icrası prosesinin təkmilləşdirilməsində əməkdaşlıq etdiyi müxbir bankların göstərdiyi səyləri yüksək qiymətləndirir.
“Beynəlxalq ödənişlərin təkmilləşdirilməsi sahəsi Kapital Bank üçün çox böyük əhəmiyyət kəsb edir. Məhz bu sahəyə verdiyi töhfələrə, yüksək STP göstəricisi ilə beynəlxalq köçürmələri keyfiyyətlə icra etdiyimizə görə “STP Quality Award 2019” mükafatına layiq görüldük. Pandemiya şəraitində Bankımızın belə bir nüfuzlu mükafata layiq görülməsi bank ödənişlərinin icrası ilə bağlı göstərilən ximətin yüksək səviyyədə olmasının ən bariz nümunəsidir”, - deyə, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, STP (Straight-Through Processing) – davamlı, tam avtomatlaşdırılmış informasiya emalı prosesidir və ödənişlərin keyfiyyətli icrasının əsas göstəricisi hesab olunur. Müvafiq standartlara riayət edilməsi avtomatlaşdırılmış rejimdə ödənişlərin heç bir müdaxilə olmadan həyata keçirilməsində vacib rol oynayır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 18 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 5 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
6 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım







.jpg)




.jpg)



.jpg)






