Azərbaycanlı iş xanımı İstanbulda şirkət açıb
Azərbaycanlı iş xanımı Mina Olivia, “Olivia Birlik Akademi Danışmanlık” (“Olivia Birlik Akademik Məsləhət”), “Olivia Moda Tasarım” (“Olivia Dəb Dizayn”) və “Olivia Production” şirkətlərini yaradıb. ŞirkətlərTürkiyənin İstanbul şəhərində fəaliyyət göstərirlər.
“Birlikdə güclü olmağa və bilikdə yaranan gücün, mükəmməliyə doğru gedən yolun açarı olduğuna inanaraq, Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlamışıq. Bu, bizim üçün qürurvericidir! Çünki azərbaycanlı olaraq qardaş ölkədə fəaliyyətimiz uğurlu şəkildə irəliləməkdədir” deyən iş xanımı Mina Olivia şirkətlərin filiallarının Azərbaycanda da fəaliyyətə başlayacaqlarını bildirib. Bu yöndə artıq işlər bitmək üzrədir.
Qeyd edək ki, “Olivia Birlik Akademi Danışmanlık” şirkətinin tərkibinə biznes yaratma, sponsor yönəltmə, marka tanıdılması, layihə icrası, mədəniyyət, incəsənət və idman sahəsində təşkilatçılıq və əmlak danışmalıqları daxildir.
Şirkətin müdiri Murat Sebahın bildirdiyinə görə, danışmanlıq şirkətinin xidmətlərindən azərbaycanlı və digər xarici ölkələrin vətəndaşları da yararlanmaqdadırlar. Bununla yanaşı, şirkət özünəməxsus layihələri də həyata keçirir.
“Olivia Production”un fəaliyyəti də geniş şəkildə öz əksini tapmaqdadır. Productionun gördüyü işlər sırasında film və serial çəkilişləri, mədəniyyət, incəsənət və dəb sahəsində müxtəlif layihələr həyata keçirilməyə başlanılıb.
“Olivia Moda Tasarım” “Olivia Brand” olaraq, xüsusi dizaynlarla hazırlanmış qadın geyimlərini artıq müştərilərinə təqdim etmişdir. Hazırda isə yeni dizaynlardan ibarət müxtəlif geyimlərin yeni kolleksiyası hazırlanmaqdadır.
Qeyd edək ki, hər üç şirkətdə professional heyət çalışır.
Mina Olivianın bildirdiyinə görə, Olivia Birliyin tərkibində “MiraylaStore” onlayn satış xidmətinə start verilib. Satışda dünyanın müxtəlif məşhur markalarının məhsulları yer alır və bütün malların sərfəli qiymətə satışı həyata keçirilir. Hazırda Türkiyədə fəaliyyət göstərən onlayn xidmət yaxın günlərdə Azərbaycan, Gürcüstan və Dubayda da fəaliyyətinə start verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 d. əvvəl
SOCAR-da dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub və ödəniş məqbul hesab edilib
-
23 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 31 d. əvvəl
- 35 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
















.jpg)



