Buffett qızıla əvvəl lağ etdi, sonra sərmayə qoydu
Keçmişdə qızılın alınması ilə əlaqədar xəbərdarlıqlar edən tanınmış investor Warren Buffett, qızıl mədəni şirkəti "Barrick"ə sərmayə yatırıb.
Marja xəbər verir ki, milyarder sərmayəçinin şirkəti "Berkshire Hathaway Inc", ikinci rübdə dünyanın ən böyük ikinci qızıl mədən şirkəti "Barrick Gold Corp"ın səhmlərini alıb. "Berkshire Hathaway" "Barrick"in 1.2%-inə bərabər gələn 20.9 milyon səhmini alıb. Bu səhmlərin bazar dəyəri təxminən 560 milyon dollara bərabərdir.
"Barrick"in səhmləri məlumat açıqlandıqdan sonra 8.11% yüksəlib.
Buffett, qızıl sərmayəsi ilə əlaqədar keçmiş şərhlərində bu sərmayənin məhsuldar olmadığını vurğulayaraq, xəbərdarlıqlar etmişdi. Ancaq istehsal xərci sabit qalarkən qiymətlərdəki yüksəlişin marjları artırması, qızıl mədən şirkətlərini gedərək daha cazibədar bir sərmayə halına gətirib.
"Barrick" və "Newmont Corp" kimi böyük mədən şirkətləri sektordan illər əvvəl qaçan sərmayəçilərin geri gələcəklərinə ümid edirlər. Milyarder, hedc fond idarəçisi John Paulsonun fondu "Paulson & Co" da portfelində "Barrick" səhmlərini artırıb.
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
47 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
5 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
5 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb




















