“Naxçıvanbank” ən çox istehlak üçün kredit verib
Hazırda “Naxçıvanbank” ASC 6 filial və 1 mübadilə şöbəsi ilə muxtar respublikanın bütün ərazisində bank xidmətləri göstərir.
Bankdan aldığımız məlumata əsasən cari ilin ötən 6 ayı ərzində də bank fəaliyyətinin bütün sahələri üzrə mühüm irəliləyişlər əldə edilib. Belə ki, Naxçıvanbank tərəfindən 2020-ci ilin ilk 6 ayı ərzində sənaye sahəsinə 11 milyon 250 min, tikinti sahəsinə 426 min, kənd təsərrüfatına 2 milyon 840 min, ipoteka üçün 1 milyon 166,5 min, biznesin inkişafına 1 milyon 742,1 min, nəqliyyat sahəsinə 722,6 min və istehlak üçün 17 milyon 830,2 min manat həcmində kreditlər verilib. Ümumilikdə isə 1 iyul 2020-ci il tarixə bankın kredit portfeli 106 milyon 757 min manat həcmində olub ki, bu da ötən dövrdə fəaliyyətin mühüm göstəricisi kimi qeyd oluna bilər.
Naxçıvanbank modern bankçılığın artan tələblərinə çevik uyğunlaşmaqla bu sahədə yenilikləri sürətlə tətbiq edir. Belə ki, cari il ərzində məsafəli bank xidmətinin tətbiqi, müştərilərin vaxt itkisinin qarşısını almaq məqsədilə müştərilərin istifadəsinə yeni “İnternet Bank” xidməti verilib. Bunun üçün müvafiq infrastruktur yaradılıb və bu istiqamətdə işlər davam etdirilməkdədir.
Hazırda Naxçıvanbank müştərilərinə 41 bankomat, 54 ödəmə terminalı və 875 POS-terminalla xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)








.jpg)






