“Günay Sığorta” daşınmaz əmlak sığortasına göz dikib
“Günay Sığorta” ötən il olduğu kimi, bu ildə gəlirlərini artıracaq. Bunu açıqlamasında sığorta şirkətinin idarə heyətinin yeni sədri Vüqar Babakişiyev bildirib.
Onun sözlərinə görə, sığorta şirkəti həm ənənəvi könüllü, həm də yenicə fəaliyyətə başladığı icbari sığorta növlərində satışlarını daha da artırmaq niyyətindədir. V.Babakişiyev deyib ki, icbari sığorta növlərində avtomobil sığortası ilə yanaşı, daşınmaz əmlakın icbari sığortasında da satışların həcminin artırılması planlaşdırılır:
“Ümumilikdə daşınmaz əmlakın icbari sığortası ilə bağlı nəzarət mexanizmi olmadığı üçün bu sığorta növü üzrə nəticələr ürəkaçan deyil. Daşınmaz əmlak sığorta üzrə bazar genişdir. Yəni, bu sahədə də satışları genişləndirmək üçün böyük potensial var. “Günay Sığorta” bununla bağlı marketinq planı hazırlayıb və müxtəlif reklam kampaniyalarına başlanılacaq”.
İdarə heyətinin sədri ənənəvi könüllü sığorta növləri üzrə də satışların artırılacağını deyib: “Bizim müxtəlif məişət və elektron cizahların sığortası üzrə “Qızıl qarantiya” sığorta məhsulumuz var. “Qızıl qarantiya”ya bazarda xeyli tələbat var. Bu sığorta məhsulunun da satışlarının artırılması istiqamətində işlərə başlayacağıq”.
© Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
9 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur





















