Azərbaycanda yeni BMW elektromobili təqdim edildi
Improtex Motors şirkəti ilk dəfə BMW i3 elektromobilini təqdim etdi(®️) Improtex Motors şirkəti tam elektrik ekoloji cəhətdən təmiz və futuristik yeni BMW i3 avtomobilini Azərbaycanda təqdim etdi. Artıq bu gündən etibarən müştərilər daha yüksək enerji sıxlığı olan litium-ion hüceyrələrindən ibarət olan 94 A/s batareyası və 33 kVt/s enerji ehtiyatı olan, 170 a.g. və 250 Nm mühərrikli BMW i3 versiyasını sifariş edə biləcəklər.
Pis hava şəraitində və ya kondisioner və istilik sistemləri işə salındıqda gündəlik istifadədə olsa da, yenilənmiş BMW i3 bir tam enerji yığımına ən az 200 km məsafə qət edə bilər.
BMW i3 100 km/s sürətini cəmi 7.3 saniyəyə sürətlənir. Yenilənmiş BMW i3 öz seqmentində 12,6 kvt/100 km enerji sərfiyyatı olan ən idman tərzli və effektiv elektromobildir. Yenilənmiş BMW i3 80-dən 120 km/s-ə qədər yalnız 5,1 saniyə ərzində sürətlənməyə qadirdir və əmin ötmələri həyata keçirməyə imkan verir. Əvvəllər bu cür sürətlənmə vaxtını yalnız daxili yanma mühərrikləri olan avtomobilləri nümayiş etdirə bilərdilər.
BMW i3 öz seqmentində yeni oriyentirlər təyin edir və özündə inanılmaz effektivliklə bütün BMW avtomobillərinə xas olan və yalnız elektrik enerjisi ilə 300 km-də gediş ehtiyatını sürücülük zövqü ilə birləşdirir. BMW i3 enerji işlətməsi təkmilləşdirilmiş detalların sayəsində əhəmiyyətli dərəcədə azaldılıb, o cümlədən elektrik mühərrikin idarəetmə sistemi və aşağı müqavimət göstərən ən yeni şinlər. NEDC testlərinə görə, yenilənmiş BMW i3 100 kilometrə cəmi 12,6 kVt/saat sərf edir və öz seqmentindəki bütün rəqiblərdən daha effektivdir. BMW i3 50 kvt gücündə daimi cərəyanla doldurulma imkanına malikdir. Daimi cərəyanla tez doldurulması üçün uyğunlaşdırılmış müasir enerji doldurma stansiyaları BMW i3 batareyasını 40 dəqiqədən az müddətdə 80% -ə qədər doldurur.
Əlavə olaraq baza komplektasiyasında BMW i3 sahibləri kameralı və Stop&Go funksiyalı kruiz-kontrol, tıxaclarda hərəkət zamanı kömək, sürət məhdudiyyəti haqqında məlumat, şəhərdə avtomatik dayanma funksiyası olan qəza hallarının və piyadaların vurmasının qarşısının alınması sistemi, eləcə də yollarda intellektual yardım sistemi olan Driving Assistant Plus paketini əldə edirlər.
BMW i3-in zəngin baza avadanlıqlarına iDrive əməliyyat sistemi, çoxfunksiyalı BMW iRemoteApp, köməkçi qızdırıcı, sürücülük rejimini dəyişdirmə, radio Professional, kondisioner, dəri sükan, LED gündüz işıqlar, arxa bamper sensorları ilə park etmə sistemi Park Distance Control daxildir, həmçinin adi rozetkaya qoşulmaq üçün doldurma kabeli daxildir.
BMW i3 avtomobilləri ilə A. Salamzadə 33 ünvanda yerləşən “İmprotex Motors” (əlaqə: 050-207-17-60 / 050-207-17-80 / 050-207-17-90) və ya Ə. Əlizadə 5 ünvanında yerləşən “İmprotex Motors Exclusive” də (əlaqə: 050-250-17-70) salonunda tanış olmaq mümkündür. Bu modelin alıcıları sürətli enerji yığma cihazını hədiyyə olaraq alacaqlar. Artıq bu ildən etibarən brend həvəskarları həmçinin Hibrid modellərini də əldə edə bilərlər.
Qeyd edək ki, BMW 4 il (və ya 200.000 km) tam zavod zəmanəti verən Azərbaycanda yeganə avtomobil brendidir. Əlavə olaraq BMW i markalı avtomobillərin batareyaları üçün 8 il (və ya 100 min km.), hibrid avtomobillərinin batareyaları üçün isə 6 il (və ya 100 min km) ayrıca zavod zəmanəti təqdim edilir.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Qrupunun tərkib hissələrindən biri “Improtex Motors” MMM-dir. Əsas fəaliyyəti premium sinfli avtomobilləri ilə bağlı olan “Improtex Motors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “Improtex Motors” şirkəti BMW, “Rolls-Royce Motor Cars”, “MINI”, “BMW i” və “YAMAHA” brendlərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
-
-
11 saat əvvəl
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
-
11 saat əvvəl
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
-
11 saat əvvəl
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
- 12 saat əvvəl
-
13 saat əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
- 13 saat əvvəl
-
14 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
14 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
14 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən



















