Almaniya vətəndaşları Azərbaycan şirkətindəki səhmlərini öz şirkətlərinin aktivlərinə köçürüblər
Azərbaycan yol tikinti şirkəti olan “Azvirt”in səhmdarlarının tərkibi dəyişib.
“Azvirt” MMC 2019-cu il üçün audit edilmiş maliyyə hesabatını açıqlayıb. Sənədə görə, 50% pay iştirakına malik olan Martin Manfred (30%) və Sakhariaz Valter (20%) artıq “Azvirt”in birbaşa payçıları deyillər. Martin Manfred 30% payını Almaniyada qeydiyyatdan keçmiş “Martin Beteiligungs GmbH & Co KG” şirkətinə, Sakhariaz Valter isə 20% payını Lüksemburqda qeydiyyatdan keçmiş “Falcom Holding s.a.r.l” şirkətinə ötürüb.
Digər səhmdarlar Elnur Əliyev (25%) və Almaniyada qeydiyyatdan keçmiş “Walz GmbH & Co KG” şirkətidir (25%).
“AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti 29 iyun 1995-ci il tarixində Azərbaycanda “Azərbaycan Hava Yolları” (AZAL) Dövlət Konserni, Bakı Şəhər İcra Hakimiyyəti və Almaniyanın Virtgen İnternational Gmbh şirkətinin iştirakı ilə müvafiq olaraq mülkiyyətin 11%, 40% və 49% bölüşdürülməsi əsasında Azərbaycan-Almaniya Birgə Müəssisəsi olaraq təsis edilmişdir və daha sonra 5 may 2004-cü il və 16 dekabr 2006-cı il tarixində Qrup “AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyəti olaraq yenidən qeydiyyatdan keçmiş və özəlləşdirilmişdir. İlk öncə Bakı ərazisində şəhər yollarının tikintisi ilə məşğul olan Qrup, zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


