"AtaBankın bağlanmış filiallarına yatırılmış əmanətlər sığortasız hesab edilir" - DAHA BİR ŞİKAYƏT
Atabank, Amrahbank, NBC Bank və AGBankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan narazı qalanlar saysız-hesabsızdır.
Atabankın əmanətçisi Amilə Həsənli Marja-ya müraciətində bildirib ki, AtaBankın bağlanmış filiallarına yatırılmış əmanətlər sığortasız hesab edilir:
“14 iyun 2019-cu il tarixində müvafiq qanunvericilyə uyğun olaraq Atabankın Gənclik filialına 12 aylıq (1 illik) müddətə 12%-lə sığortalı əmanət yerləşdirmişəm. Həmin tarixdə milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15% idi. 16 noyabr 2019-cu il tarxində həmən filial bağlanıb və mənim kimi orda olan yüzlərlə əmanətçinin hesabı Bankın Nərimanov filialına köçürülüb. İndi Əmanətlərin Sığortalanması Fondu mənim və mənim kimi miqrasiya baş vermiş 100-lərlə hesabı bloklayıb, bizə heç bir qanuni sənəd səbəb göstərmədən əmanətimizi sığortasız elan edir. Mənim əlimdəki 1 illik müqavilə şərtlərini göz ardı edərək köçürülmə tarxini əsas götürür. Hansı ki, həmən tarixdə artır qorunan əmanət faizi 10% hesab olunurdu (1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%, müəyyən edilmişdi) -red). Bildirirlər ki, əmanətin yerləşdirildiyi tarix hesabınızın Bankın Gənclik filialından Nərimanov filialına köçürüldüyü tarix götürülür və həmin tarixdə 12%-lə yerləşdirilən əmanətlər Fondun 10% olan yuxarı həddindən yüksəl olduğundan sığortasız hesab edilir. Bu tamamilə bahanədir. Yuxarı həddin aşağı salınmasının mənim müqaviləmə aidiyyəti yoxdur. Filialın bağlanmasının da əmanətçiyə heç bir dəxli yoxdur, bu bəhanələr, sadəcə ödənişlərimizi gecikdirmək və bizi aylarla banklar və ADİF arasında karantin şərtlərini pozmaqla sürünməyə məcbur etməkdir”.
Amilə Həsənli əlavə etdi ki, may ayında Atabankdan çıxarış alıb və çıxrış müqaviləyə tam uyğundur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
2 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)











