Azərbaycan banklarının çox auditi bu şirkətə sifariş verir
Azərbaycanda fəaliyyət göstərən banklar audit yoxlamasını əsasən "Bakertilly" şirkətinə etibar edir.
Belə ki, sözügedən şirkət 26 bankdan 8-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib. Bu, 2018-ci illə müqayisədə 2 vahid çoxdur.
Müştərisi olan bankların sayına görə 2-ci yerdə "Ernst & Young" şirkəti qərarlaşıb. Bu şirkət ötən il üzrə 5 banka audit rəyi verib. Bu isə əvvəlki il üzrə göstəricidən 1 vahid azdır.
KPMG isə 2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib. Bu isə 2018-ci ilə nisbətən 2 vahid azdır.
Əvəzində "Grant Thornton" və "PwC" şirkətləri xidmət göstərdiyi bankların sayını müvafiq olaraq 2 vahid və 1 vahid artıraraq 3-ə çatdırıb.
RSM və "Crowe" şirkətlərinin audit etdiyi bankların sayı isə dəyişməyərək 1 qalıb.
"Best Audit" şirkətinin əməkdaşlıq etdiyi bankların sayı 2-dən 1-ə düşüb. 2018-ci il üzrə 1 banka xidmət göstərmiş NEXİA EA şirkəti isə 2019-cu il üzrə audit etməyə bank tapa bilməyib.
Maraqlıdır ki, bankların tərəfdaş kimi seçdiyi audit şirkətlərinin arasında Böyük 4-lüyə daxil olan "Deloitte and Touche" şirkəti yoxdur. 4-lüyə aid qalan 3 audit şirkəti ("Ernst & Young", KPMG və "PwC") isə 2018-ci ildə 14 bankdan iş aldığı halda 2019-cu ildə bu rəqəm 12-yə düşüb.
Ümumiyyətlə isə, 26 bankdan 6-sı audit şirkətini dəyişib.
Banklar | Auditi aparan şirkət | Auditi aparan şirkət | |
1 | Access Bank | PwC | Ernst & Young |
2 | AFB Bank | KPMG | KPMG |
3 | Azərbaycan Beynəlxalq Bankı | Ernst & Young | Ernst & Young |
4 | Azərbaycan Sənaye Bankı | Grant Thornton | RSM |
5 | Azər-Türk Bank | Ernst & Young | Ernst & Young |
6 | Bank Avrasiya | Bakertilly | Bakertilly |
7 | Bank of Baku | Bakertilly | KPMG |
8 | Bank BTB | KPMG | KPMG |
9 | Bank Respublika | KPMG | KPMG |
10 | Premium Bank | Grant Thornton | Grant Thornton |
11 | Bank VTB Azərbaycan | Ernst & Young | Ernst & Young |
12 | Express Bank | PwC | PwC |
13 | Günay Bank | RSM | Nexia EA |
14 | Kapital Bank | Ernst & Young | Ernst & Young |
15 | İran Milli Bankının Bakı filialı | Best Audit | Best Audit |
16 | Muğan Bank | Bakertilly | Bakertilly |
17 | Naxçıvan Bank | Bakertilly | Bakertilly |
18 | Yelo Bank | Bakertilly | KPMG |
19 | Pakistan Milli Bankının Bakı filialı | Grant Thornton | Best Audit |
20 | PAŞA Bank | Ernst & Young | Ernst & Young |
21 | Rabitəbank | KPMG | KPMG |
22 | Turan Bank | Bakertilly | Bakertilly |
23 | Unibank | Bakertilly | Bakertilly |
24 | Xalq Bank | Crowe | Crowe |
25 | Yapı Kredi Bank Azərbaycan | PwC | PwC |
26 | Ziraat Bank Azərbaycan | Bakertilly | Bakertilly |
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















