Bu il Xaçmazda gilas boldur
Xaçmazlı sahibkarlar may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.
Təsərrüfatçılar gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 2-2,5 manata satırlar. Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır.
Rayonun Pirquluoba kəndində 500 hektardan çox gilas bağı var. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən bağ sahibi Asəf Babayev hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayıb.
İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri bu ayın 10-na kimi gilasın tezyetişən sortlarının yığılmasını başa çatdıracaqlar. Sonra gilasın digər sortlarının yığımına başlanılacaq.
Alıcı Habil Məlikov bildirib ki, yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da aparılır. “Məhsul boldur. Hələ ki, tezyetişən sortlar yığılır. Kütləvi yığım başlayanda məhsulun Rusiyaya satışına başlanacaq. Bu il gilasın qiymətinin 3 manatdan baha olacağını düşünürəm. Dövlətimiz çox sağ olsun ki, əlavə dəyər vergisini də aşağı salıb. Rusiyaya gedən əsas sort “Napoleon”dur”,-deyə H.Məlikov bildirib.
Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon”, “Ağ gilas” və başqa növləri yetişdirilir.
Xaçmaz rayonunda, ümumilikdə, 2 min 441 hektar gilas bağı var ki, bunun da 1769 hektarı barverəndir. Ötən il gilas bağlarından 17 min 403 ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 100 sentnerə yaxın olub.
Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 d. əvvəl
-
-
12 d. əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
2 saat əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
2 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Ən çox oxunanlar
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN







.jpg)

















