Dövlət Neft Fondunun Fransadakı investisiya portfeli açıqlandı
"Fransa bazarında ölkəmizin ən iri investoru qismində Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) çıxış edir. Toplam olaraq investisiya portfeli 2,1 milyard ABŞ dolları təşkil edən bu məbləğ ARDNF tərəfindən sabit gəlirli qiymətli kağızlar, pul bazarlarına, səhmlərə və daşınmaz əmlaka yönəldilib".
Bunu Fransa bürosuna müsahibəsində Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bildirib.
"Bununla yanaşı, son dövrlər Azərbaycan şirkətləri tərəfindən Fransa bazarına marağın artması müşahidə edilir, bu, əsasən əmlak və turizm sahəsinə aid edilə bilər. Misal üçün, Azərbaycan mənşəli sərmayə əsaslı Paris şəhərində restoran və Konyak şəhərində mehmanxana fəaliyyət göstərir", - R.Mustafayev qeyd edib.
Onun sözlərinə görə, Fransanın müxtəlif regionlarında “Made in Azerbaijan” guşələrinin yaradılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə iş aparılır: "Bildiyiniz kimi, Fransanın Konyak şəhərində Azərbaycanın “Tovuz Baltika” şirkəti öz satış mərkəzi ilə təmsil olunur. Yaxın zamanda isə Fransanın Bordo şəhərində yerləşən “Şərab şəhərciyi” adlı şərab evində Azərbaycan şərablarının təqdimatının keçirilməsi istiqamətində iş aparılır.
Qarşıdan gələn illərdə əməkdaşlıq üçün prioritet sahə kimi tikinti, alternativ enerji, şəhərsalma, rəqəmsallaşma, informasiya texnologiyaları, qabaqcıl texnologiyanın ötürülməsi, ətraf mühit, sənaye, nəqliyyat və kənd təsərrüfatını görürük".
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 21 saat sonra
-
- 36 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 2 saat əvvəl
-
15 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
17 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















