Express24 – Yenilənmiş mobil əlavəni qarşılayın!
(®️) Yenilənmiş dünyada insanlar xüsusi ehtiyac olmadan evlərindən daha az çıxmağa çalışır. Expressbank bu tendensiyaya dəstək olaraq, müştərilərinin qayğısına qalaraq, banka gəlmə ehtiyaclarını azaltmaq məqsədi ilə mobil tətbiqini yeniləyib.
“İşiniz daha rahat” devizi ilə hazırlanaraq müştərilərin istifadəsinə verilən yenilənmiş Express24 mobil əlavəsi hər kəsə evdən ayrılmadan, kütləvi insan axını olan yerlərə getmədən həftənin istənilən günü və günün istənilən saatında ödənişlərini və müxtəlif bank əməliyyatlarını smartfon vasitəsilə etməyə imkan verəcək.
Yenilənmiş Express24 mobil əlavəsi ilə 24/7 rejimində hansı əməliyyatlar mümkündür?
- Hesabdan karta pul köçürməsi;
- Hesabın artırılması;
- Əmanətin artırılması və idarə olunması;
- Əmanət üzrə gündəlik hesablanan faizlərə nəzarət;
- Kredit ödənişi;
- Kredit və debet kart sifarişi;
- Kart balansının izlənməsi;
- Kartdan hesaba pul köçürülməsi;
-Kartdan karta pul köçürmələri (nəinki Expressbank kartları, digər bankların kartları arasında da mümkündür);
- Kartın bloka salınması və ya blokdan çıxarılması;
- Kartlar və hesablar üzrə çıxarış və rekvizitlərin elektron ünvana göndərilməsi;
- Valyuta məzənnəsi;
- Kommunal ödənişlər;
- Mobil rabitə və telefon ödənişləri;
- İnternet ödənişləri;
- Kabel TV ödənişləri;
- Bankımızın filial və ATM şəbəkəsi, iş saatları barəsində məlumatlar.
İlkin mərhələdə mobil əlavə yalnız Expressbank müştəriləri üçün təqdim olunsa da, gələcəkdə bu əlavədən digər bankların müştəriləri də istifadə edə biləcək. Müştərilər Express24 mobil əlavəsini Google Play market və ya App Store-dan yükləyərək öz mobil nömrələri ilə qeydiyyatdan keçməklə geniş növ bank xidmətlərindən bir toxunuşda yararlanacaqlar.
Yükləmə linkini təqdim edirik: https://www.expressbank.az/express24-app
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı “132” Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
4 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
5 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
5 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 7 saat əvvəl
-
9 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























