Dünyanın ən böyük elektrik təyyarəsi ilk uçuşunu həyata keçirib
Dünyanın ən böyük elektriklə işləyən 9 yerlik təyyarəsi cümə axşamı ilk dəfə havaya qalxıb.
BBC xəbər verir ki, təyyarənin mühərriki elektrikli olduğundan uçuş zamanı havaya karbon qazı tullanmayacaq.
Cümə axşamı elektrik mühərriki ilə təchiz edilmiş “Cessna Caravan” ABŞ-da Vaşinqton ştatı üzərində 20-30 dəqiqə ərzində uçuş həyata keçirib.
Təyyarə doqquz sərnişin daşımaq gücündədir, lakin ilk sınaq uçuşunu təyyarənin pilotu sərnişinsiz həyata keçirib.
Sınaq uçuşu zamanı təyyarə 183 km/saat sürətlə hərəkət edib.
Təyyarə mühərrikini istehsal edən “MagniX” şirkəti ümid edir ki, bu təyyarə 2021-ci ilin sonuna qədər 160 km-dək məsafələrdə kommersiya uçuşlarına başlaya biləcək.
Böyük təyyarələrin yalnız elektrik enerjisi hesabına uzun məsafələrə uça bilməsi üçün elektrik batareyaların çəkisinin kəskin dərəcədə azaldılmasına nail olmaq gərəkdir. Hidrogen yanacaq elementləri və bioyanacaq da daxil, digər enerji mənbələri də sınaqdan keçirilməkdədir.
2019-cu ilin iyununda digər bir şirkət, Ampair, Kaliforniya üzərində hibrid elektrik-yanacaq mühərriki bir təyyarəni uçuşda sınaqdan keçirib.
UBS investisiya bankının təhlilçilərinə görə, aviasiya sənayesinin 1600 km-dən qısa məsafəyə marşrutlar üçün hibrid və elektrik mühərrikləri təyyarələrə doğru hərəkət etməsi çoxlarının düşündüyündən daha yüksək sürətlə baş verəcək.
“MagniX” tərəfindən istifadə edilən “Cessna Caravan” təyyarəsi dünyada ən çox istifadə edilən orta məsafəli təyyarələrdəndir.
Qeyd edək ki, bu təyyarələrin 2600-dən çoxu dünyanın 100 ölkəsində istismar olunur.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 21 d. əvvəl
- 34 d. əvvəl
- 39 d. əvvəl
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Ən çox oxunanlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb










.jpg)





.jpg)
