Qeyri neft-qaz məhsullarının ixracı azalıb
2020-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 91 ölkəyə məhsul ixrac olunmuş, 142 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 695,3 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 4 milyard 58,3 milyon dollarını və ya 60,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 637 milyon dollarını (39,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 1 milyard 421,3 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,0 faiz, real ifadədə 15,8 faiz, o cümlədən idxal 32,9 faiz, ixrac isə 4,8 faiz azalmışdır.
2020-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı 2019-cu ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 3,4 faiz artmış, real ifadədə isə 5,2 faiz azalaraq 429,0 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 43,5 faizini İtaliyaya, 8,3 faizini Türkiyəyə, 6,0 faizini İsrailə, 4,5 faizini Yunanıstana, 4,0 faizini Hindistana, 3,4 faizini Çexiyaya, 3,3 faizini Rusiyaya, hər biri 2,8 faiz olmaqla Tunis və Portuqaliyaya, 2,5 faizini Gürcüstana, hər biri 2,3 faiz olmaqla Almaniya və Ukraynaya, 2,1 faizini Vyetnama, 2,0 faizini Avstriyaya, 10,2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (31,3 faiz), Türkiyəyə (24,3 faiz), Gürcüstana (10,0 faiz), İsveçrəyə (9,5 faiz), Çinə (2,8 faiz), Ukraynaya (2,8 faiz), İtaliyaya (2,6 faiz), Qazaxıstana (1,8 faiz), İrana (1,7 faiz), ABŞ-a (1,4 faiz), Almaniyaya (1,2 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
ƏN ÇOX RUSİYA VƏ TÜRKİYƏDƏN MAL ALIRIQ
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,4 faizi Rusiya, 14,8 faizi Türkiyə, 13,4 faizi Çin, 10,7 faizi ABŞ, 5,2 faizi Almaniya, 4,5 faizi İtaliya, 3,8 faizi Ukrayna, 3,0 faizi İran, 2,2 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Yaponiya və Koreya, 1,7 faizi Türkmənistan, 1,5 faizi Fransa, 19,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəzin ixracı 9,4 faiz, şəkər – 16,3 faiz, bitki yağları – 2,8 dəfə, meyvə və tərəvəz konservləri – 44,6 faiz, çay – 5,4 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 2,1 dəfə, kartof – 37,3 faiz, pambıq lifi – 15,9 faiz, polietilen – 15,8 faiz, pambıq ipliyi – 40,3 faiz, qara metallardan borular – 1,8 dəfə artmış, təzə meyvə ixracı isə 27,5 faiz, meyvə və tərəvəz şirələri – 14,5 faiz, tütün – 27,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 69,0 faiz, emal olunmamış alüminium – 9,8 faiz, bentonit gili – 34,8 faiz azalmışdır.
2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 2020-ci ilin yanvar-mart aylarında təzə meyvənın idxalı 14,6 faiz, bitki yağları – 3,0 faiz, kərə yağı, digər süd yağları və pastaları – 49,4 faiz, çay – 25,5 faiz, mal əti – 9,8 faiz, təzə tərəvəz – 1,7 dəfə, minik avtomobilləri – 2,0 dəfə, dərman vasitələri – 1,8 dəfə, polad prokatı – 1,7 dəfə, qara metallardan borular – 1,3 faiz, qara metallardan çubuqlar – 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları – 1,6 dəfə, rezin şinlər – 8,2 faiz, yük avtomobilləri – 51,2 faiz, mebellər – 6,9 faiz, polietilen – 4,1 faiz, paltaryuyan maşınlar – 26,8 faiz, avtobuslar – 50,0 faiz, sement və sement klinkerləri – 12,1 faiz, məişət soyuducuları – 50,2 faiz artmış, buğda idxalı isə 59,2 faiz, kartof – 3,8 faiz, quş əti və onun əlavə məhsulları – 27,0 faiz, xam şəkər və şəkər – 75,2 faiz, siqaret – 79,8 faiz, mineral gübrələr – 25,3 faiz, qara metallardan künclüklər – 11,3 faiz, məişət kondisionerləri – 56,0 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
- 4 saat əvvəl
-
4 saat əvvəl
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı ələ keçirən şəxsləri saxladı - VİDEO
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Kristal” şirkəti kabel üzrə qlobal liderlərdən biri ilə memorandum imzaladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Ən çox oxunanlar
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb























