Azərbaycanda kreditlərə zəmanət verilməsi qaydası yumşaldılıb
Bundan sonra İpoteka və Kredit Zəmanət Fondunun bir kreditə verdiyi zəmanətin kreditə nisbəti 15-85% arasında dəyişəcək.
Bununla bağlı Prezident İlham Əliyev Fondun fəaliyyətinin təmin edilməsi haqqında 29 noyabr 2017-ci il tarixli fərmanına dəyişiklik edib.
Xatırladaq ki, indiyə qədər sözügedən interval 15-75% arasında dəyişirdi
Həmçinin dövlət başçısının imzaladığı fərmanla zəmanətin dayandırılması və ləğv edilməsi qaydası da dəyişib. Belə ki, bundan sonra bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) və müvəkkil bankın cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-ni keçdikdə, müvəkkil banka verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bir müvəkkil banka zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği Fondun həmin müvəkkil banka verdiyi bütün zəmanətlərin qalıq məbləğlərinin 10%-dən aşağı düşdükdə, Fond ödənişlərin icrasını bərpa edir.
Xatırladaq ki, İndiyə qədər sözügedən nisbət 7% olub.
__________________________________________________________
1. “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030, № 12 (I kitab), maddə 2330; 2018, № 5, maddə 901, № 10, maddə 1991, № 12 (I kitab), maddə 2592; 2019, № 5, maddə 857, № 12, maddə 1923) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası” üzrə:
1.1.1. 4.2.4-cü yarımbənddə “75%-dən” sözləri “85%-dən” sözləri ilə əvəz edilsin;
1.1.2. 5.2.4-cü yarımbəndin 7-ci, 8-ci və 9-cu abzaslarında “25%-dən” sözləri “25% və daha” sözləri ilə əvəz edilsin;
1.1.3. 8-ci hissənin adında “xidmət haqları” sözləri “komissiyaları” sözü ilə əvəz edilsin;
1.1.4. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.1. Müvəkkil bank Fonda zəmanət verilməsinə görə komissiya (birdəfəlik və illik) ödəyir.”;
1.1.5. 8.2-ci bənd ləğv edilsin;
1.1.6. 8.5-ci bəndin üçüncü cümləsindən “, habelə xidmət haqqının” sözləri çıxarılsın;
1.1.7. 8.6-cı bəndin birinci cümləsindən “, habelə xidmət haqqı” sözləri çıxarılsın;
1.1.8. 10.1-ci bəndin birinci cümləsində “7%-ini” sözləri “10%-ini” sözləri ilə əvəz edilsin;
1.1.9. 10.2-ci bənddə “7%-indən” sözləri “10%-indən” sözləri ilə əvəz edilsin;
1.1.10. 10.6.1-ci yarımbəndin birinci cümləsindən “xidmət haqları və” sözləri çıxarılsın;
1.1.11. 11.7-ci bəndin ikinci cümləsində “Fondun İdarə Heyəti tərəfindən hər bir il üzrə müəyyən edilmiş tarixədək banklar” sözləri “Müvəkkil banklar” sözləri ilə əvəz edilsin;
1.1.12. 11.8-ci və 11.9-cu bəndlər ləğv edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” üzrə:
1.2.1. 7.1-ci bənddəki cədvəl aşağıdakı redaksiyada verilsin:
Təminatın kreditə nisbəti | Risk kateqoriyası | |
Ortariskli | Aşağıriskli | |
Aşağı | 85%-dək | 75%-dək |
Orta | 75%-dək | 70%-dək |
Yuxarı | 70%-dək | 65%-dək |
1.2.2. 8.2.1-ci yarımbəndin 3-cü abzasında “7.6-cı” sözləri “7.4-cü” sözləri ilə əvəz edilsin;
1.2.3. 9.5.2-ci yarımbənddən “ən azı 3 (üç) iş günü” sözləri çıxarılsın;
1.3. həmin Fərmanla təsdiq edilmiş “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” üzrə:
1.3.1. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“3.2. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 8 faiz bəndi miqdarında, investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara investisiyanın həyata keçirildiyi müvafiq iqtisadi fəaliyyət sahəsi üzrə ayrılan kreditlər üçün isə illik faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir.”;
1.3.2. 3.3-cü və 4.5-ci bəndlər ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58, № 4, maddə 618) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.2.1-ci yarımbəndin 5-ci abzası aşağıdakı redaksiyada verilsin:
“5. ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;”;
2.2. 3.2.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.7-ci yarımbənd əlavə edilsin:
“3.2.7. ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs.”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
-
3 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
6 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir












.jpg)














