Mərkəzi Bankın sədrindən açıq etiraf
"Banklar şəffaf olmayıb, iş adamları bank seçməkdə doğru qərar qəbul edə bilməyiblər"Lisenziyası ləğv edilmiş “Atabank” və “Amrahbank”da cari hesabı olan iş adamlarına kompensasiya ödənilməyəcək.
Mərkəzi Bankın sədri Elman Rüstəmov Marja-ya bildirib ki, sahibkarlar bank seçərkən diqqətli olmalıdırlar. Hesab açmamışdan əvvəl, sahibkar bankı araşdırmalı, maliyyə göstəriciləri ilə tanış olmalıdır. Sahibkar hesab açarkən də riskə gedir, gələcəkdə bankın müflis olması nəticəsində itirəcəyi vəsaitə görə özü məsuliyyət daşıyır.
Elman Rüstəmov, “Bu, bütün sivil iqtisadiyyatlarda, müasir maliyyə sistemi olan ölkələrdə belədir” deyərək qeyd etdi ki, Azərbaycanda 30 bank fəaliyyət göstərib:
“30 seçim mövcud olub, Əgər bura gedib (Atabank və Amrahbank -red) hesab açırsansa, bu müştərinin öz seçimidir. Buna nə dövlət məcbur edib, nə də Mərkəzi Bank”.
Elman Rüstəmov etiraf edib ki, bankların fəaliyyəti kifayət qədər şəffaf olmayıb, əhali və biznes bankları seçməkdə doğru qərar qəbul etməyiblər:
“Biz bir neçə aydır təkrar banklara nəzarət etməyə başlamışıq. Əhəmiyyətli boşluqlardan biri budur ki, banklar maliyyə və audit hesabatlarını dövri olaraq açıqlamalı idilər. Bankların fəaliyyəti daha şəffaf olmalı idi. Banklar əhalini və biznesi vəziyyətləri barədə tam məlumatlandırmalıdırlar, audit hesabatlarını açıqlamalıdırlar. Mən burada müəyyən boşluqların olduğunu görürəm, boşluqlar var və biz bu boşluqları doldurmağa çalışacağıq. Bazar iqtisadiyyatıdır, seçim azaddır. Digər tərəfdən də bankların özlərində şəffaflıq, situasiyasının açıq şəkildə bildirilməsi - bu baxımdan Mərkəzi Bankın üzərinə böyük vəzifələr düşür. Bankların reytinq sisteminin formalaşdırılması nəzərdə tutulur. Bu istiqamətdə bizim proqramımız var və işlər görəcəyik. Bütövlükdə bunlar fəlsəfəni dəyişmir, hər bir müştəri bankı özü seçir. Biz tanış olduğumuz situasiyalardan görürük ki, çox vaxt müştəri bankı subyektiv amillər ilə seçir - tanışlıq var, kiminsə filial müdiri qonşusudur. Onların “gəlin hesabı bizdə açın” təklifi ilə hesab açırlar. Bizim böyük dövlət bankımız var, arxasında dövlət dayanıb. Bizim böyük sistem xarakterli banklarımız var. Bu banklar çox böyükdürlər. Çox vaxt müştərilər “bu mənim dostumum bankıdır” deyib hesab açır, böyük vəsait qoyur, işləyir. Belə olmamlıdır. Müştərilər hesab açarkən banklara qarşı tələbkar olmalıdırlar.
İş adamı bütün həyatın sərf edib biznesini yaradıb, içliləri var. Bu gün isə bağlanan banklara görə işçlərinə əməkhaqqı ödəyə bilmir. Biz bunu çox ağrılı qəbul edirik”.
Marja qeyd edir ki, Elman Rüstəmovun sözləri ilə tam razılaşmaq olmaz. Çünki indiyədək də banklar maliyyə göstəricilərini açıqlayıblar və bir çox iş adamı həmin göstəricilərə görə bank seçimi ediblər. Məsələn, AtaBank hər rüb maliyyə hesabatını açıqlayaraq məcmu kapitalının 100 milyon manatdan çox, 1-ci dərəcəli kapitalın və məcmu kapitalın adelvatlıq əmsallarının normalardan yüksək olduğunu, aktivlərinin, kredit və depozit portfellərinin artdığını göstərib. İş adamları bankın dərc etdiyi maliyyə göstəricilərinə, xüsusilə böyük məbləğdə məcmu kapitalına inanaraq öz hesablarını bu bankda açıblar. Belə çıxır ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının dövründə banklara nəzarət olmayıb, bir sıra bankların açıqladıqları maliyyə göstəriciləri həqiqəti əks etdirməyib. Dövlət qurumunun nəzarətsizliyinə görə çürük bank özünü “sağlam” göstərmişdirsə, bu, sahibkarın problemi deyil.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 17 d. əvvəl
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
8 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
9 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
9 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
9 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Ən çox oxunanlar
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















