Əmanətlərin tam sığortalanması 7.3 milyard manatlıq əmanətləri əhatə edir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən əhalinin bütün qorunan əmanətlərinin məbləğindən asılı olmayaraq tam sığortalanması müddətinin növbəti dəfə 9 ay uzadılması haqqında qanun imzalanmışdır.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu qərar pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlar kontekstində yenə də ilk növbədə ölkə əhalisinin maraqlarının təmin olunmasına və ölkədə maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə yönəlmişdir.
Bununla da cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlərin məbləğindən və valyuta növündən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddəti 04 dekabr 2020-ci il tarixinədək uzadılmışdır. Beləliklə, 04 mart 2020-ci il tarixindən Qanunun qüvvəyə minməsi tarixinədək (26 aprel 2020-ci il) yuxarıda qeyd edilmiş şərtlərlə cəlb edilmiş əmanətlər də qüvvəyə minmiş Qanunla əhatə edilir.
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunmasına, maliyyə sektorunun sabitliyinin və sağlamlığının dəstəklənməsinə və bank sektoruna etimadın daha da gücləndirilməsinə imkan verəcəkdir. Əmanətlərin tam sığortalanmasının davam etməsi bank sektorunda restrukturizasiyanın başa çatdırılması və beləliklə sektorun sağlamlaşdırılmasını ciddi dəstəkləməklə onun iqtisadiyyatda rolunun artmasına, biznesin və əhalinin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılmasına təkan verəcəkdir.
Bu qərar 7.3 milyard manat həcmində əmanətləri əhatə etməklə ümumilikdə 8.3 milyon əmanətçinin (bura bir əmanətçi üzrə müxtəlif banklarda olan müddətli əmanət hesabları, habelə cari hesablar daxildir) maraqlarının qorunmasına xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
54 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
55 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib















.jpg)









