SOCAR-ın investisiyalarını azaldacağı proqnozlaşdırılır
2019-2022-ci illərdə SOCAR-ın kapital qoyuluşları (investisiyalar) 12 milyard manat (cari məzənnə ilə 7 milyard dollar) məbləğində qiymətləndirilir.
Bu barədə “Fitch” agentliyinin məlumatında deyilir.
Daha əvvəl SOCAR-ın 2019-2022-ci illər üçün kapital qoyuluşları 14 milyard manat (cari məzənnə ilə 8,2 milyard dollar) məbləğində qiymətləndirilirdi. Kapital qoyuluşlarının həcmi ilə bağlı proqnozun dəyişməsi “Fitch” tərəfindən neftin orta qiymətinin azaldılması ilə şərtlənib.
"2019-2022-ci illərdə şirkətin kapital qoyuluşları bu dövrdə manatın sabit məzənnəsi 1 dollar = 1.70 manat olmaqla 12 milyard manat təşkil edəcək”, - deyə məlumatda bildirilir.
“Fitch”in proqnozlarına görə, 2020-ci ildə bir barrel neftin orta qiyməti 35 dollar (yanvar proqnozu 62,5 dollar), 2021-ci ildə 45 dollar (yanvarda 60 dollar idi), 2022-ci ildə 53 dollar (yanvarda 57,5 dollar idi) olacaq.
Agentliyin analitikləri qeyd edirlər ki, 31 dekabr 2019-cu il tarixinə SOCAR-ın likvidliyi 4,6 milyard manat məbləğində qısamüddətli borca və uzunmüddətli borcların cari hissəsinə qarşı təxminən 7,8 milyard manat təşkil edib.
“Likvidlik 6,8 milyard manat məbləğində pul vəsaitləri və onların ekvivalentindən, eləcə də Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi üçün 1 milyard manat məbləğində istifadə olunmamış kredit xətlərindən ibarət olub. Qısamüddətli borc öhdəliklərinin əsas hissəsi ABŞ dollarında formalaşıb və SOCAR-ın ticarət bölməsi olan “SOCAR-Trading”, Petkim neft-kimya kompleksi və əsas şirkətlə əlaqəlidir. 2020-2021-ci illərdə mənfi sərbəst pul axını üzrə proqnozla əlaqədar likvidlik müəyyən təzyiq altında ola bilər. Bununla belə, biz dövlətin kapital qoyuluşları hesabına istənilən likvidlik fərqinin yerini dolduracağını gözləyirik”, - deyə agentliyin ekspertləri qeyd edirlər.
“Fitch”in qiymətləndirmələrinə görə, 2019-2022-ci illərdə SOCAR-ın birgə müəssisələrə investisiya qoyuluşları 800 milyon manat təşkil edəcək.
©️ İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
16 d. əvvəl
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
-
1 saat əvvəl
"Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
“Araz” supermarketlər şəbəkəsi “Dayaq” mükafatına layiq görülüb
Unicapital “Yeni Nəsil Maliyyə” forumunun sponsoru olub
Restoranda yanğın baş verib
Azərbaycan şirkəti müflis elan olunacaq
Ən çox oxunanlar
"Bu qərar əlavə risklər, xərclər və ictimai narazılıq yaradır" - ATİA-DAN TƏKLİFLƏR
5-ci böyük bank qazancını bölüşdürməyə hazırlaşır
Rəsmi məzənnələr açıqlandı
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Amazon Web Services Azərbaycanda
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb









.jpg)





