ÜST: Koronavirusun nə zaman bitəcəyini bilmirik
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmeyer koronavirus pandemiyasının nə vaxt başa çatacağı ilə bağlı açıqlama verib.
O,Türkiyənin NTV telekanalının suallarını cavablandırıb.
Müxbirin “dünya virusdan nə vaxt xilas olacaq” sualına cavabında ÜST sözçüsü deyib: “Bu, tamamilə virusa qarşı vaksin və dərman pereparatı ilə bağlı fəaliyyətdən asılıdır. Bu, hər ikisinin yaxın dövrdə tapılmasına bağlıdır. Dolayısı ilə bu mövzuda, bu şəraitdə heç bir proqnozumuz yoxdur. Təəssüf bu məsələ ilə bağlı bir təxminim də yoxdur”.
ÜST rəsmisi müxbirin “Bir il, iki il” sualına cavab olaraq deyib: “Bunu demək çox çətindir. Vaksin 12-18 aya ancaq hazır ola bilər. Bunun kütləvi istehsalı daha uzun prosesdir. Ancaq bu mübarizədə vaksin əldə etməyimiz çox əhəmiyyətlidir. Bu iş nə zaman bitəcək deyəndə nəyi nəzərdə tutursuz? COVID-19-un tamamilə məhv olmasını, yoxsa virusa qarşı mübarizə metodunu öyrənirib inkişaf etdirməyimizi?”.
“Əlbəttə. Yenidən işə getmək, işləmək, məktəblərin yenidən açılması, bütün işlərin normal hala dönməsini istəyirik. Bu sualın cavabı çox çətindir. Hamımız bu sualın cavabıı verə bilmək istəyirik. Hətta, evində oturub, sualları cavablandıran mən də...”, - deyə Kristian Lindmeir vurğulayıb.
Report
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
6 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur





















