Azərbaycan fermalarında Fransız pendiri – regionlarda məşğulluq və fermerlərə əlavə dəyər
(®) Qlobal yeni növ koronavirus pandemiyası ilə bağlı, ölkədə bir çox fəaliyyət sahələrində məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, kənd təsərrüfatında uğurlu inkişaf davam etməkdədir.
Hökümətin strateji məqsədlərindən biri də ölkədə iri və kiçik damazlıq heyvandarlığın inkişafıdır. Bu səhəyə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xüsusi diqqət göstərilir, güzəştli kreditlər və subsidiyalar ayrılır. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq 4 apel 2020-ci il tarixində “Prior Leasing” ASC- nin sifarişilə “Azfert” MMC tərəfindən ölkəmizə ilk dəfə olaraq Macarıstan Respublikasından Lakoun (Lacoune) cins qoyunları gətirilib.
Cins qoyunlar cənub-şərqi Fransada yerləşən Tarn departamentinin Mon-De-Lakon əyalətinin şərəfinə belə adlandırılıblar. Bu gün lakon qoyunları illik, tərkibi protein, yağ və əvəzolunmaz amin turşuları ilə zəngin, 400 litrdən artıq süd istehsal etmə qabiliyyətinə malikdir və dünyanın ən məhsuldar südlük cinslərindən biri hesab edilir. Öz tərkibi, eləcə də zəngin dadı və ətrinə görə lakoun südü pendir istehsalında geniş istifadə olunur. Fransada ondan məşhur Roquefort - nəcib mavi qəlibli yarı sərt pendir, İspaniyada isə Mancho - pasterizə edilmiş sərt pendir hazırlanır.
Ölkəmizdə qoyunçuluq tarixi həmişə ət-yun istiqaməti ilə əlaqələndirilmişdir. Bu heyvanların südlük xüsusiyyətləri yalnız ara-sıra istifadə olunurdu. Buna baxmayaraq, iqlim və landşaft xüsusiyyətlərinə görə südlük qoyunçuluq ənənəvi-brend istiqamətinə çevrilən, milli ÜDM-də yüksək yer tutan və ciddi ixrac məhsulu hesab edilən ölkələr var. Belə ki, Bolqarıstan, Slovakiya, Xorvatiya, Serbiya, Fransa, İspaniya, İtaliya, Yunanıstan və s. Aralıq dənizi, Adriatik və Balkan ölkələri ənənəvi olaraq südlük qoyunçuluqla məşğuldurlar. Eləcə də İsrail, İran və İraq kimi ölkələrin də qədim qoyun sağımı tarixçələri var.
Yunanıstan, İspaniya, Fransa, Portuqaliya kimi ölkələrdə südlük qoyunçuluq ümumi süd istehsalının ən azı 15%, bəzilərində isə 30% -ni təşkil edir. Hətta, bəzi ölkələrin dağlıq ərazilərində bu mümkün olan yeganə ciddi biznes növüdür. Yeri gəlmişkən, əksər ənənəvi qoyun südü istehsalçılarının olduqları dağlıq rayonlardan nadir hallarda çıxmaqları, məhsul emalçıları üçün xam mal əldə etməkdə bir çox çətinliklər yaradır. Buna görə də əksər hallarda fermerlər özləri südü emal edərək, son məhsul halına çatdırırlar. Bununla da dağlıq rayonlarda məşğulluq artır və fermerlər emal olunmuş məhsuldan əlavə gəlir əldə edirlər. Təəccüblü deyil ki, İspaniyada qoyun pendirinin istehlak payı inəklə müqayisədə 50% -ə çatır.
Ölkəmizdə südlük cinslərinin seleksiyası ilə məşğul olunmur. Buna görə mal-qaranın artırılması yalnız idxal olunan heyvanlar hesabına ola bilər. Prezident İlham Əliyevin 19 Dekabr 2018-ci il tarixində “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” imzaladığı fərman nəticəsində lizinq və kənd təsərrüfatında təchizat sahələrində liberallaşma baş vermişdir və özəl lizinq şirkətlərinə yeni imkanlar yaranmışdır. Bu imkanlardan istifadə edərək, Prior Leasing ASC son bir il ərzində Almaniya, Avstriyadan və digər ölkələrdən heyvandarlıqda qəbul olunmuş beynəlxalq standartlara cavab verən iri və xırda buynuzlu damazlıq cins heyvanların idxalını təşkil etmişdir.
“Prior Leasing” ASC Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi vasitəsilə heyvandarlıqla məşğul olan fermerlərə 25% ilkin ödəniş, 60% dövlət subsidiyası olmaqla iri və xırda buynuzlu cins damazlıq heyvanların lizinqlə satışını təklif edir. Bu günədək onlarla fermerlərə yüzlərlə baş iri və xırda buynuzlu heyvanlar yuxarıda göstərilən şərtlərlə təqdim edilmişdir.
Qeyd edək ki, “Prior Leasing” ASC 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” şirkəti bu gün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, iri və xırda buynuzlu damazlıq cins heyvanlarını, tikinti texnikalarını, həmçinin avtomobilləri sərfəli lizinq şərtləri ilə təklif edir.













Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
8 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi









.jpg)







.jpg)



