"Qardaşlar Mebel" koronovirusla mübarizəyə dəstək verdi
Azərbaycanın ilk smart mebel istehsalçısı olan Qardaşlar Mebel şirkəti ölkədə yaranmış vəziyyətlə əlaqədar koronovirusa qarşı mübarizəyə qoşulur.
Qardaşlar mebel şirkətinin rəhbəri Əli Mirzəyev bu barədə məlumat verərək bildirib ki, belə bir vəziyyətdə hər kəs həmrəylik göstərməlidir.
“Bu hamımızı narahat edən bir məsələdir. Bu istiqamətdə dövlətimizə dəstək göstərməklə birlik nümayiş etdirməliyik. Cənab prezidentin qəbul etdiyi mühüm qərarları, eləcə də Operativ Qərargah və Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılmasını dəstəkləyirik. Qardaşlar mebel olaraq biz də öz növbəmizdə dövlət başçısının fərmanı ilə yaradılmış fonda dəstək olmaq üçün vəsait ayırdıq.”
Şirkət rəhbəri bütün sahibkarları koronovirusla mübarizəyə dəstək olmağa çağırdı:
“Bu gün güclərimizi birləşdirərək dövlətimizə dəstək olmalıyıq. Ancaq bu yolla mövcud vəziyyətin daha da pisləşməsinin qarşısını ala bilərik. Bu səbəbdən biz sahibkarlar əlimizdən gələni etməliyik. Biz inanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatının, o cümlədən Operativ Qərargahın göstərişlərinə əməl etmək və dövlətimizə dəstək göstərməklə bu yaranmış vəziyyətin öhdəsindən gələ bilərik.”
Qeyd edək ki, Qardaşlar Mebel şirkəti sərgi salonları və istehsal fabrikində koronovirusa yoluxma hallarının qarşısının alınması məqsədi ilə müvafiq dezinfeksiya işlərini davamlı olaraq aparmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)






.jpg)


