“İxrac İcmalı”nın onlayn nəşrinə başlandı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni “İxrac İcmalı”nın onlayn yayımına başlayır.
Mərkəzdən "Marja"ya daxil olmuş məlumata görə, “İxrac icmalı” sahibkarların ixracla bağlı maarifləndirilməsinə xidmət edəcək.
“İxrac İcmalı”nın ilk sayında qeyri-neft sektoru üzrə Azərbaycan mənşəli malların ixracına dair dövrü məlumat, Azexport.az portalına bu ilin ilk rübündə daxil olan ixrac sifarişlərinin ölkələr üzrə bölgüsü və ixrac sifarişlərinin məbləği barədə infoqramlar, ixracatçıların ixrac üçün icazələri vahid elektron ərizə əsasında əldə etmələri və ixrac təşviqini almaq üçün onlayn müraciət imkanları ilə bağlı şərhlərə yer verilib. Bununla yanaşı ixrac icmalın növbəti saylarında müntəzəm olaraq dünyanın müxtəlif ölkələrinin ixrac və idxalla bağlı qaydalarındakı dəyişikliklər və yeniliklərlə bağlı məlumatlarda əksini tapacaqdır.
Ümumiyyətlə, ixrac icmalı sahibkarların ixracla bağlı məlumatlılığını artırmağa, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirmək xidmət edəcək. Qeyd edək ki, “İxrac İcmalı”-nın Baş redaktoru İqtisad üzrə fəlsəfə doktoru, dosent Ramil Hüseyndir.
“İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)


.jpg)


