“Müddətin bitməsinə 2 gün qalıb, hökumətdən konkret mövqe görünmür”
“Əmanətlərin tam sığortalanması müddəti uzadılmalıdır”
Martın 4-ü əmanətlərin tam sığortalanması müddəti başa çatır. Əgər 2016-cı ildə qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun müddəti uzadılmasa, bu halda digər normativ aktın - “Əmanətlərin sığortalanması haqqında” Qanunun şərtləri qüvvəyə minəcək. Yəni kompensasiya məbləği 30 min manatla limitləşəcək.
Tanınmış iqtisadçı Samir Əliyev hesab edir ki, əmanətlərin tam sığortalanmasının nəzərdə tutan qanunun müddəti ötən ilin fevralında 19-da daha 1 il müddətinə uzadılmağına rəğmən bu il hökumətdən konkret mövqe görünmür:
“Müddətin bitməsinə isə 2 gün qalıb. Əslində 2019-cu ilin sonuna qədər bütün gözləntilər müddətin uzadılmaması ilə bağlı idi. Ancaq 2020-ci il gələndən mənbəyini Çindən götürmüş və bütün dünyaya yayılmış koronavirus amili yeni bir situasiya yaradıb. Situasiya da ondan ibarətdir ki, Çində iqtisadi aktivliyin kəskin azalması dünya bazarlarına, o cümlədən Azərbaycan üçün həyati əhəmiyyətli olan neft bazarına mənfi təsir göstərir. Yeni ilə qədəm qoyduğumuz andan bu günə qədər Azərbaycan nefti üçün qiymət oriyenti rolunu oynayan Brent markalı neftin qiyməti 68 dollardan 51dollara qədər ucuzlaşıb. Ucuzlaşmanın nə qədər və hansı həddə qədər davam edəcəyini söyləmək çox çətindir. Görünən odur ki, virus problemi həllini tapmasa və proses uzansa, ucuzlaşma davam edəcək. Bu isə neftdən asılı olan Azərbaycan iqtisadiyyatı üçün arzu olunan hal deyil. Əgər virus təhlükəsi qısa müddətdə aradan qalxmasa bunun Azərbaycan üçün 2015-ci il böhranından da çətin olacağını proqnozlaşdırmaq olar.
Əmanətlərin tam sığortalanması qərarı isə məhz 2015-ci ildə baş vermiş devalvasiya qərarının bank sektoruna vurduğu zərbənin təsirini bir qədər azalmaq, əhalinin bank sektoruna inamını bərpa etməyə yönəldilmiş bir addım idi. Qərar çox düzgün idi. Ola bilsin bu gün hökumətin müddətin uzadılması ilə bağlı yekun qərarı yoxdur. Ancaq fikrimcə, hökumət tərəddüd etmədən müddətin daha 1 il uzadılmasna qərar verməlidir. Bu, əmanətçilər üçün psixoloji gərginliyi xeyli azaldar, banklar üçün də əmanət qaçışı qorxusunu aradan qaldırar.

Mərkəzi Bankın son məlumatına görə, fevralın 1-i vəziyyətinə banklarda olan əmanətlərin həcmi 8,6 milyard manatdır. Bu əmanətlərin 75,6%-i qısamüddətlidir. Deməli, əhali bankların dayanıqlığına və milli valyutanın sabitliyinə tam əmin deyillər. Əmanətlərin 34%-i cari hesablardır. Bu o deməkdir ki, 2,9 milyard manatlıq əmanət hər an banklardan geri çəkilə bilər və bankları çökdürər. Təəssüf ki, Əmanətlərin Sığortalanması Fondu qapalı şəkildə işləyir, saytında ümumiyyətlə heç bir statistik məlumat yerləşdirmir. Biz bilmirik ki, məsələn, əmanətlərin hansı hissəsi 30 min, 50 min, 100 min manata qədərdir. Bu və digər məlumatlar olarsa real vəziyyəti daha dəqiq qiymətləndirmək olar. Əslində suallar çoxdur. Milyonluq əmanətlərin payı nə qədərdir? Və ya sabah hökumət müddəti uzatmasa əmanətçilərin, xüsusilə “yüzmünlik”, “milyonluq” əmanətçilərin davranışı necə olacaq?
Bütün bunları nəzərə alaraq hökumət əmanətlərin tam sığortalanması müddətini daha bir il uzatmalıdır. Ola bilsin erkən parlament seçkiləri də hökumətin qərarına neqativ təsir edib. Çünki texniki baxımdan yeni parlament işə başlamayınca müddəti uzatmaqla bağlı qərar vermək mümkün deyil. Ancaq layihə hazırdırsa, ilk iclasda qərar vermək olar. Bunun üçün hökumət müddətin uzadılması ilə bağlı mövqeyini ictimaiyyətə açıqlamalıdır ki, əhali narahatlıq keçirməsin. Əgər müddəti artırmaq niyyəti yoxdursa, bu halda sığortalanma mexanizminə dəyişiklik etməlidir. Ən azı kompesasiya məbləğini 100 min manata qədər artırmalıdır”,- Samir Əliyev Facebook səhifəsində yazıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 16 d. əvvəl
-
- 18 d. əvvəl
-
28 d. əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
2 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
2 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
-
2 saat əvvəl
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faiz artıb, 85 milyard dolları keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti cüzi azalıb
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Ən çox oxunanlar
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib
Birbank Invest-lə PAŞA Bank səhmdarı ol
"Ötən il satınalmaların yarıdan çoxu rəqabətsiz keçirilib"
Azərbaycan iqtisadiyyatı cüzi kiçilib






.jpg)




.jpg)






