Türkiyə yasda - 33 şəhid
İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunların aviazərbələri nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 33 əsgəri şəhid olub.
Marja xəbər verir ki, 32 əsgərin də yaralı olduğu bildirilir.
Baş verən hadisə ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidanın iştirakı ilə təcili toplantı keçirilib.
Qeyd edək ki, Bəşər Əsəd Rusiya və İran tərəfindən dəstəklənir.
Hatay valisi Rahmi Doğan yaralı olaraq xəstəxanada müalicə olunan 32 əsgərin həyati təhlükəsinin olmadığını söyləyib.
Vali, bəzi əsgərlərin dağıntı altında olduğu və xilasetmə işlərinin sabah davam edəcəyi iddiaları ilə əlaqədar sualı isə "Bu an bütün əsgərlərimiz Cilvegözü Sərhəd Qapısından Türkiyəyə gətirilib. Yaralılarımız xəstəxanadadır.Hataydakı dövlət xəstəxanalarında müalicələri davam edir. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralılarımıza təcili şəfa diləyirəm. Millətimizin başı sağ olsun" şəklində cavab verib.
Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar, Quru qüvvələri Komandiri General Ümit Dündar və Hava qüvvələri Komandiri General Hasan Küçükakyüz Suriya sərhədinə gəliblər. Onlar, İdlibdəki rejim hədəflərinə quru və hava vasitələrilə həyata keçirilən hücumu idarə edirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
5 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 8 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb




















.jpg)




