970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30

Şoran torpaqların sahəsi 4 min hektardan çox azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Şoran torpaqların sahəsi 4 min hektardan çox azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı 9 sərəncam və 1 fərmanla Azərbaycanda meliorasiya işlərinin görülməsində 71,5 milyon manatdan çox əlavə vəsait ayrılıb, 100 minlərlə hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün yüzlərlə subartezian quyusu qazılıb”.

 

Bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində bildirilib.

 

“2019-cu ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində böyük həcmdə lildən təmizləmə işləri aparılıb, 5 min 676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilib. Həyata keçirilmiş təmir-istismar və tikinti işləri nəticəsində suvarılan torpaqlarda qrunt sularının səviyyəsi aşağı düşüb, 2018-ci illə müqayisədə şoran torpaq sahələri 4 325 hektar azalıb.

 

Xəzər və Pirallahı rayonları ərazisində yeni salınan zeytun və badam bağlarını, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Zərdab, Masallı, Şəki və Şəmkirdə min hektarlarla əkin sahəsini suvarma suyu ilə təmin etmək üçün ciddi işlər görülüb, respublika üzrə 1,4 milyon hektardan çox sahənin orta hesabla 3 dəfədən çox suvarılması kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin xeyli artmasına kömək edib”, - məqalədə qeyd olunub. 

19.02.2020 07:05

Müştərilərin xəbərləri

Mobil_manset_alt_4_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18