"Zuckerberg Facebook-u idarə etməməlidir"
"Tramp yenidən seçilmək, Zuckerberg isə daha çox pul qazanmaq istəyir"
Milyarder investor Corc Soros "The New York Times" qəzetində dərc olunmuş məqaləsində Facebook-un qurucusu və İcraçı direktoru Mark Zuckerberg-i hədəf alıb.
"Marja" xəbər verir ki, Facebook ilə Donald Tramp arasında qeyri-rəsmi bir əməkdaşlıq ola biləcəyini iddia edən Soros məqaləsində qeyd edib:
"Bu əməkdaşlıq daxilində Facebook Trampa yenidən seçilməsi üçün kömək edəcək. Tramp da qarşılığında Facebook-u tənzimləyici qurumlardan və mətbuatdan qoruyacaq. Facebook bu iddianı təkzib etdi, ancaq mən bu təkzibin doğru olmadığına inanıram. Məncə Tramp və Facebook-un rəhbəri Zuckerberg mənfəətlərinin ortaq olduğunun fərqindədirlər: Tramp yenidən seçilmək, Zuckerberg isə daha çox pul qazanmaq istəyir".
"FACEBOOK İŞÇİ GÖNDƏRİB"
Soros Tramp və Zuckerberg arasındakı əməkdaşlığı bu şəkildə təqdim edib:
"2016-da Facebook, Trampın qrupuna işçi göndərərək Tramp-ın reklamlarının yerləşdirilməsinə kömək etdi. Trampın o dövrki Rəqəmsal kampaniyalar üzrə direktoru və indiki Kampaniya direktoru olan Brad Parscale Facebook-un Trampın (rəqibi Hillary Clintona qarşı) üstünlük əldə etməsini təmin etdiyini söyləmişdir.
Daha yaxın zamanda isə iki adın görüşməsi ciddi suallar doğurdu. 19 Sentyabr 2019-da Zuckerberg Prezident Trampla görüşdü".
Facebook-un 2020 seçkiləri üçün verilən reklamlardakı məlumatları yoxlamamaq qərarının səhv və çaşdırıcı məlumatların yayılmasının qapısını açdığını qeyd edən Soros, şirkətin səhv məlumat paylaşanları cəzalandırmamağı seçdiyini vurğulayıb.
Facebook-un Trampın 2020də yenidən seçilməsinə kömək edəcəyini yazan Soros, "Facebook son 1 ildə mobil tətbiqinə gətirdiyi yeniliklər ilə siyasi hücumların yayılmasını sürətləndirdi və asanlaşdırdı. Bu yeniliklər gəlir artırdığı üçün Facebook üçün çox yaxşıdır, ancaq demokratiya üçün pisdir. Facebook bir platforma deyil yayımçıdır və saytdakı məzmunlara məsuliyyət daşımalıdır",- bildirib.
Soros yazısını bu cümlələrlə tamamlayıb: "Facebook-un yalnız bir prinsipi var: Bu hərəkətinin nəticələrini əhəmiyyətli hesab etmədən gəlirini artırmaq. Zuckerberg və digər şəxslər artıq Facebook-un rəhbərliyindən azad edilməlidir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)









