Fed faiz qərarını açıqladı
ABŞ Mərkəzi Bankının (Fed) 2020-ci ildəki ilk iclası başa çatıb.
"Marja" xəbər verir ki, gözlənildiyi kimi, Fed faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxladı.
Bankın dekabr ayı təxminləri 2020-ci ildə faizlərdə dəyişiklik olmayacağına işarə edirdi.
Fed, ehtiyat profisitinə ödənən faiz olan IOER-i isə 5 bənd artıraraq 1.60% səviyyəsinə qaldırıb.
Yığıncağın qərar mətnində, "Pul siyasəti duruşunun uyğun olduğunu hesab edirik, repo əməliyyatları ən azı aprel ayının sonunadək davam edəcək" vurğulanıb.
Qərarda, əmək bazarının güclü, iqtisadiyyatın "mülayim sürətdə" artdığı qeyd edilib. İstehlakın mülayim olduğu, sərmayələrin və ixracın zəif olduğu, əhalinin xərcləmələrinin mülayim artdığı qeyd edilib.
Fed, inflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyini qeyd edib.
Saat 23:30-da isə Fed sədri Cerom Pauelin mətbuat konfransı başlayacaq.
Fed 2019-cu ildə 3 dəfə faiz endirmiş və sonra “gözlə gör” mövqeyi tutduğunu açıqlamışdı.
Qərardan sonra Dollar bahalaşıb, Avro ucuzlaşıb. Avro/Dollar məzənnəsi 1.10 səviyyəsində də aşağı düşərək 1.0999 dollara geriləyib (Bakı vaxtı ilə saat 23:05-ə olan məlumat).
"Fed ağıllı olsun, faizi aşağı salsın"
Bu gün ABŞ Prezidenti Donald Tramp "Twitter" mesajında, "Fed ağıllı olsun və ABŞ-ı digər ölkələrlə rəqabət apara biləcək hala gətirmək üçün faizləri aşağı salsın" bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)
.jpg)







.jpg)





