Hər gün bir firma mağazası açılmasının sirri - VERGİDƏN YAYINMA MEXANİZMİ
2019-cu ildən qüvvəyə minmiş vergi qanunvericiliyinə görə, pərakəndə ticarət ilə məşğul olan şəxslər topdansatış və ya istehalçı şirkətlərdən malların alışına dair elektron qaimə-faktura tələb etməlidirlər. “Marja”nın əldə etdiyi məlumata görə, hələ də bir sıra pərakəndə ticarət mağazaları malları rəsmi şəkildə almaq istəmirlər. Təbii ki, burada məqsəd vergidən yayınmaqdır. Əksər mağazalar iki mühasibatlığa malikdirlər, satılan malların böyük hissəsinə görə nəzarət-kassa aparatının çeki təqdim edilmir. Bir sıra mağazalarda alıcılara təqdim edilən çeklər nəzarət-kassa aparatının deyil, mağazanın öz daxili sisteminin tərtib etdiyi çekdir.
Topdanatış mərkəzləri, xüsusilə istehsal şirkətləri isə mallarını mağazalara satmaqda maraqlıdırlar. Bəs pərakəndə alıcılar malları elektron qaimə-fakturasız və aktsız almaq istəyirsə topdançı mallarını necə satsın?
Bildiyimiz kimi, malların elektron qaimə-fakturasız və aktlarsız alış-satışına görə maliyyə sanksiyaları nəzərdə tutulub. Həm pərakəndə ticarət, həm də topdansatış ilə məşğul olan şəxslər bunu bilirlər. Topdançı üçün elə bil yol olmalıdır ki, həm mallarını elektron qaimə-fakturasız satsın, həm də aparılan bu satışa görə vergi orqanı maliyyə sanksiyası tətbiq edə bilməsin. Belə bir yol tapılıb: Firma mağazası. Ötən il Azərbaycanda firma mağazalarının sayının artması boşuna deyilmiş.
“Marja”nın əldə etdiyi məlumata görə, bir sıra istehsalçı şirkətlər malları pərakəndə satış mağazalarına “firma mağazası mexanizmi” vasitəsilə satırlar.
Mexanizm belə işləyir. Tutaq ki, pərakəndə satış mağazası 10 qutu araq istəyir. İstehsalçı şirkət daxili qaimə ilə 10 qutu arağı özününü firma mağazasına göndərir. Firma mağazası əsasən pərakəndə satış üçün nəzərdə tutulduğundan alıcıya nəzarət-kassa aparatının çeki təqdim edilməlidir. Öz firma mağazasına göndərilən 10 qutu araq guya hansısa vətəndaş tərəfindən alınır və bu alışa görə kassa çeki vurulur. Sonra mallar sifarişiyə göndərilir. Vəssalam. Əslində mallar fiziki şəkildə firma mağazasına göndərilmir, istehsalçı şirkət tərəfindən birbaşa sifarişçinin mağazasına çatdırılır. Hər şey sənəd üzərində baş verir. Firma mağazasından malları alan sıravi vətəndaş deyil, pərakəndə satış mağazasıdır. “Firma mağazası” mexanizmi ilə pərakəndə satış görüntüsü yaradılır, əslində əməliyyat topdansatışdır. Vergi orqanının işçisi istehsalçıya “sıravi vətəndaş bu qədər malları nə üçün alır?” iradını tuta bilməz. Vətəndaşlar da məbləğə məhdudiyyət qoyulmadan külli miqdarda və ya məbləğdə mallar ala bilərlər.
Verilən məlumata görə, istehsalçı şirkətlərdə bir nəfər satışları firma mağazasının kassasına daxil etməklə məşğuldur. Hər gün mağazalardan verilən sifarişlər bu mexanizm ilə alıcılara çatdırılır. Pərakəndə satış mağazaları malları kasa çeki ilə qəbul edirlər.
Bəs pərakəndə satış mağazaları kasa çeki ilə qəbul etdikləri malları necə gizlədirlər?
Bunun üçün də “mexanizm” müəyyən edilib. Mağaza topdansatış şirkətindən bir dəfə qaimə alır, daha sonra bu qaimə üzərindən dəfələrlə dövriyyə aparılır. Tutaq ki, 10 qutu araq üçün topdansatıcıdan bir dəfə elektron-qaimə və akt əldə edilir. Bundan sonra mağaza araqları elektron qaiməsiz, yəni kassa çeki ilə alıb satır. Vergi orqanı qəfil yoxlama apararaq mağazadakı araqlara görə sənəd tələb etdikdə ilk dəfə alınmış qaimə götərilir. Vergi orqanı mağazada 4 qutu araq olduğunu müəyyən edibsə, guya bir dəfə alınmış qaimə ilə əldə edilmiş 10 qutu araqdan 6 qutusu satılıb, 4 qutusu qalıb. Bəlkə də, mağaza qaiməni aldığı tarixdən sonra 100 qutu araq atıb.
Qeyd edək ki, Vergilər Nazirliyi 2020-ci ildən Malların, işlərin və xidmətlərin təqdim edilməsi elektron qaiməsində barkod tələbinin tətbiqinə başlayıb. Bu tələbə görə, mağazadakı malların barkodları qaimələrdəki barkodlar ilə eyni olmalıdır. Bu tələbin “firma mağazası mexaniziminə” əngəl olub olmayacağını zaman göstərəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
9 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 9 saat əvvəl
- 11 saat əvvəl
-
13 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 13 saat əvvəl
-
13 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
13 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)









